Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paşinyan yenə sərsəmlədi - Bakının haqlı iradına absurd cavab

    

Paşinyan yenə sərsəmlədi - Bakının haqlı iradına absurd cavab
“Mən dəfələrlə bəyan etmişəm ki, yalnız baş naziri olduğum Ermənistan Respublikasının adından danışıqlar aparmaqda özümü səlahiyyətli bilirəm” 

 Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatına həsr olunan çıxışında deyib.
Müxalif Respublikaçılar partiyasının deputatı Taçat Vardapetyan yenə Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair tutarsız arqumentinə - Qarabağ separatçılarının danışıqlar prosesində tərəf kimi iştirakının vacibliyi barədə bəyanatına diqqət çəkərək bildirib ki, bu cür mövqeyinə görə rəsmi Bakı Ermənistanın baş nazirinin sülh yolu ilə nizamlanma prosesinə mane olduğunu deyib. Bu mənada sual olunub ki, belə vəziyyətdə Paşinyan danışıqlar prosesinin dalana dirənməsinin səbəbkarı ola bilər və bu barədə nə fikirlərşir? Lakin Paşinyanın cavabı əvvəlki destruktiv bəyanatlarından heç nə ilə fərqlənməyib. 

“Bunu bilmək vacibdir ki, Dağlıq Qarabağ “xalqı” Ermənistan hakimiyyətinin formalaşmasında iştirak etmir. Və mən də “Dağlıq Qarabağ Respublikası”nın (erməni separatçılarının dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma qurumu – red) “prezidenti” və ya "baş naziri" olmadığıma görə onun adından danışıqlar aparmaq səlahiyyətim yoxdur. “Dağlıq Qarabağ Respublikası” danışıqlar prosesində ayrıca tərəf kimi çıxış etməlidir”, – deyə işğalçı ölkənin rəhbəri bəyan edib. 

Sərsəm bəyanatla kifayətlənməyən Paşinyan, münaqişənin indiyədək həllini tapmamasında növbəti dəfə Azərbaycanı günahlandırıb. Bununla belə, işğalçı ölkə rəhbəri Ermənistanı sülhpərvər imicdə göstərmək üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini davam etdirməyə hazır olduqlarını bildirib. 

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması barədə Ermənistan rəhbərliyinin bəyanatlarını qətiyyətlə rədd edib və ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırıb. Azərbaycan rəhbərliyi Paşinyanın bu cür bəyanatlarının hər vasitə ilə danışıqlar prosesini pozmağa yönəldiyini və belə olan təqdirdə, bunun bütün məsuliyyətinin Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcəyini bəyan edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam