Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Erməni mətbuatı: Paşinyan Moskvadan əliboş qayıdıb

    

Erməni mətbuatı: Paşinyan Moskvadan əliboş qayıdıb
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və Paşinyan İrəvana əliboş qayıtmalı olub.
Yenixeber.org: Bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Moskvadakı görüşdə əsasən, Ermənistanın əvvəlki hökuməti – Serj Sarkisyanla xüsusi bağlara malik ona sadiq erməni biznesmenlər iştirak ediblər və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb. 

“Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldilər, oturdular və getdilər. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Çünki İrəvandakı yeni hökumətin onlar üçün əlavə baş ağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana “investisiya” ayırmaq niyyətləri yoxdur”, – deyə “Joxovurd” yazıb. 



Həmçinin vurğulanıb ki, Moskvadakı görüşdə “Üçlər dialoqu”nun keçmiş sahibi Ruben Vardanyan Paşinyanla olduqca sərt danışıb. Səbəb isə Vardanyanın İrəvandakı yeni hökumətdən narazı olmasıdır. 

“Joxovurd”un məlumatına görə, qəyyumlar şurasında Rubenin də təmsil olunduğu “Strateji təşəbbüslər mərkəzi” Fondunun Ermənistandakı fəaliyyətinə son qouylub. Bununla da, Paşinyan hökuməti Vardanyanın “ayağına basıb”. Bu cür davam edərsə, Paşinyan Rusiyadakı erməni biznesmenlərin İrəvandan üz döndərməsinə səbəb olacaq. Bu isə gələcəyi qeyri-müəyyən olan Ermənistanın iqtisadi və strateji maraqlarına böyük zərbə vuracaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam