Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

PAŞİNYAN VƏ SİLAHDAŞINA “MAVİ” İTTİHAMI! –“Paşinyan mənimlə razılaşar…”

Erməni vitse-spiker baş nazirin hədələrindən qorxmadığını bildirib

eduard

Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov baş nazir N.Paşinyana heç kimi inqilabla qorxutmamağı məsləhət görüb.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, vitse-spiker Paşinyanın növbədənkənar parlament seçkisi və köklü islahatlarla bağlı fikirlərini bölüşmədiyini bildirib.

Respublikaçı Şarmazanov Paşinyana xatırladıb ki, baş nazirin qərarı ən yüksək instansiyanın hökmü demək deyil və və ölkə parlamenti müstəqil qurumdur. Paşinyanın respublikaçıların parlamentdə növbədənkənar seçkilərlə bağlı mövqeyini tənqid etməsinə cavab olaraq, vitse-spiker deyib ki, deputatlar müstəqildirlər və seçkilərlə bağlı qərara özləri bildikləri kimi səs verəcəklər.

O, təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq, parlamentin nəyi dəstəkləyib-dəstəkləməyəcəyinə özünün qərar verəcəyini və deputatları inqilabla qorxutmağı məsləhət görmədiyini vurğulayıb.

Erməni vitse-spikerin son açıqlamasındakı daha bir maraqlı məqam isə Paşinyanın silahdaşı, İrəvan merliyinə namizəd Ayk Marutyanla bağlı olub. Belə ki, bundan öncə A.Marutyan siyasətdəki “ağ və qara qüvvələrdən” danışaraq, Ermənistanın hazırki hakimiyyətinə qarşı çıxanları “qara qüvvələr” adlandırmışdı. Bu ittihama cavab olaraq, Şarmazanov deyib: “Lazım gələrsə, biz yenə də Paşinyanın siyasi proqramlarının əleyhinə səs verəcəyik. Rənglərə gəldikdə isə, mənə elə gəlir ki, həyatda və siyasətdə ağ və qaradan daha təhlükəli rənglər var, məsələn mavi… Ümid edirəm ki, Paşinyan mənimlə razılaşar…”

Erməni mətbuatı isə hələlik onun bu fikrinin Paşinyana, yoxsa A.Marutyana ünvanlandığı və bununla vitse-spikerin nə demək istədiyi barədə heç nə yazmamağa və susmağa üstünlük verir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam