Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistanda qalmaqallı həbslər davam edəcək - Putin razılıq verib?

    

Ermənistanda qalmaqallı həbslər davam edəcək - Putin razılıq verib?
Rəsmi İrəvan 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində həbslərin davam edəcəyini və Rusiyanın narazlığının nəzərə alınmayacağını bəyan edib.
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı fikirlərini “Kommersant” nəşrinə müsahibəsində bildirib.

“2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində Rusiya prezidenti Vladimir Putinin kifayət qədər yaxın dostu hesab edilən eks-prezident Robert Koçaryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıldığı zaman Moskva aydın şəkildə bildirdi ki, bu, onun xoşuna gəlmir. Siz bu mövzuları Putinlə müzakirə etdinizmi? Nəzərə alsaq ki, Vladimir Putin Robert Koçaryanı avqustun 31-də ad günü münasibətilə telefonla təbrik etdi” sualına Paşinyan cavab verib:

“Vladimir Putin insani əlaqələri və münasibətləri yüksək qiymətləndirən şəxsdir. Bunu şərh etmək və bundan böyük siyasi nəticələr çıxarmaq lazım deyil. Biz əlbəttə ki, bir çox məsələləri müzakirə etdik. Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, cinayət məcəlləsinin pozulması faktı ilə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər cinayət məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam