Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kiyevin NATO-ya üzvlüyünə şərtlərimiz var – Con Bolton

 

Kiyevin NATO-ya üzvlüyünə şərtlərimiz var – Trampın köməkçisi
Ukraynanın NATO blokuna daxil olmasının perspektivləri Kiyevin bir sıra siyasi və hərbi şərtləri yerinə yetirməsindən asılıdır. 
 Yenixeber.org: A prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Ukraynadakı brifinqdə çıxışı zamanı belə deyib. Bolton xatırladıb ki, hələ 2008-ci ildə o zamankı ABŞ prezidenti Corc Buşun administrasiyası Ukrayna və digər ölkələrə NATO-ya daxil olmaq prosesini sürətləndirmələrini təklif etmişdi. Lakin bir sıra avropalı həmkarları Buşla razılaşmamışdılar. 

“İndi isə bizim administrasiyamız Ukrayna ilə əlaqəli bu məsələni fəal şəkildə nəzərdən keçirir. Artıq bir neçə addım atılıb. Amma bu məsələdə bir çox şey Ukraynanın özündən asılıdır.” – deyə, Trampın köməkçisi vurğulayıb. 

Qeyd edək ki, martda Ukrayna NATO-nun “aspirant ölkə” statusunu əldə edib. 2014-cü ilin maydan hadisələrindən sonra Ukrayna Ali Radası ölkənin bloklara qoşulmamaq siyasətindən imtina edən qanun dəyişikliyi qəbul edib. 2016-cı ildə qəbul olunan qanunla isə NATO-ya daxil omlaq Ukrayna xarici siyasətinin başlıca məqsədlrindən biri kimi göstərilib. Bununla belə, Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin alyansa qoşulması referendumla müəyyənləşdiriləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam