Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər -Tramp şərt qoydu

 

Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər - Tramp şərt qoydu
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları geri çəkməyin mümkünlüyü məsələsinə baxmağa hazırdır.
 Yenixeber.org: Bu barədə Tramp özü “Reuters” agentliyinə müsahibəsində deyib. O, bildirib ki, sanksiyaların aradan götürülməsi üçün Moskva Suriya və Ukrayna böhranları üzrə Vaşinqtonla birgə addımlar atmalıdır.
Trampın sözlərinə görə, 16 iyulda Finlandiyanın paytaxtı helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi ilk təkbətək görüşündə sanksiyalar məsələsini müzakirə etməyiblər. Amma onların aradan qaldırılması mümkündür və bunun üçün Vaşinqtonun müəyyən şərləri var.

“Əgər onlar bizim xeyrimizə olan hansısa bir iş görsələr, mən sanksiyalar məsələsinə baxacağam. Amma belə olmasa, mən bu məsələyə baxmaq niyyətində deyiləm”, – deyə Tramp “Reuters”ə müsahibəsində vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Putinlə görüşündə Krımın məxsusluğu, İsrailin təhlükəsizliyi, Ukraynadakı vəziyyət və Rusiyanın Almaniya ilə birgə həyata keçirdiyi “Şimal axını-2” qaz boru kəməri layihəsini müzakirə ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam