Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

Koçaryan siyasətə qayıtdı, Paşinyana meydan oxudu:“Korrupsiyaya qarşı mübarizə adamları tutub buraxmaq deyil"

“Məni əksinqilabın mərkəzi elan etməyə çalışacaqlar”, – Ermənistanın ikinci prezidenti Robert Koçaryan özünə yaxın “Yerkir media” telekanalına müsahibəsində belə deyib.

Yenixeber.org: Koçaryan 2008-ci ilin prezident seçkisindən sonrakı hadisələr zamanı konstitusion quruluşu devirməkdə ittiham olunur.

“Düşünürəm ki, məni mütləq, ola bilsin ki, yaxın mitinqdə əksinqilabın mərkəzi elan edəcəklər ki, bu da həqiqətə heç uyğun deyil. Ancaq bu, oxşar şüarlarla irəli getməyin bir yoludur. Bilirsiniz, adamları nəyləsə məşğul etmək, onlara yeni hədəf, səfərbər olmaqdan ötrü yeni qüvvə vermək lazımdır, digər səfərbəredici bir şey yoxdur, axı”, – Koçaryan deyib.

Keçmiş prezident müsahibəsində onun guya 4 milyard dollarlıq varidatı olması haqda medianın yazdıqlarını “absurd” adlandırıb:

“Qəzetlər milyardlar barədə uydurmalar yazırlar. Birincisi, iqtisadiyyatdan az-çox başı çıxan bilməlidir ki, 2,5 milyardlıq büdcəsi olan ölkədə 4 milyardlıq sərvətə malik şəxs ola bilməz. Bu ittihamlar, uydurmalar o qədər absurddur ki, onları 2-3 dəfə təkzib edəndən sonra fikir verməməyə başladım, anlayırsan ki, mənasızdır. Absurda inananı əks bir şeyə inandırmaq çətindir”.

İndiki və keçmiş hakimiyyətin iqtisadi siyasətindən danışan Koçaryan “iqtisadi siyasətin yaranacağına” ümidvar olduğunu bildirib:

“Aydın iqtisadi siyasət olmayan yerə sərmayə də qoyulmur. Bu ölkəyə ciddi investisiya o vaxtadək qoyulmayacaq ki, investor bu hökumətin hansı iqtisadi siyasət apardığını, niyyətinin nə olduğunu, biznesə necə yanaşdığını anlasın. Hökumət yoxlamanı xüsusi təyinatlının köməyi ilə aparacaq, yoxsa sivil yolla. Mənim prezidentliyimdən bəri, son 10 ildə belə şey olmayıb. İndi biznesmen nə vaxtsa onun üstünə belə gələcəklərini də düşünməlidir”.

Jurnalist ona deyib ki, əvvəlki illər biznesmenlərin gəlirlərinin 50 faizini alıblar.

“50 faizin alınmasıyla bağlı neçə işi sübuta yetirdilər?.. Neçə ay keçib? Neçə “50 faiz” işi sübuta yetirilib? Mən əsl mənzərənin necə olduğunu bilmirəm… O vaxtdan bircə fakt da ortaya qoyulmayıb”, – eks-prezident deyib.

“Ermənistanda iqtisadi siyasət yoxdur, ancaq korrupsiyayla mübarizə var ki, bu yaxşıdır. Amma korrupsiyayla mübarizə iqtisadi siyasət deyil”– deyə Koçaryan baş nazir Nikol Paşinyan hökumətini tənqid edib.

“Korrupsiyayla mübarizə təkcə adamları tutub buraxmaq deyil, ancaq güc nümayişi deyil. Korrupsiyayla mübarizədən ötrü, hər şeydən öncə prosedurların şəffaflığını təmin etmək, digər addımlar atmaq lazımdır”, – Koçaryan vurğulayıb.

Jurnalistin onun siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualına cavabında keçmiş prezident deyib: “Hesab edin ki, artıq qayıtmışam”.

Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndən sonra korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirilib. Keçmiş prezident Serj Sarkisyanın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.

İkinci prezident Robert Koçaryan 2008-ci ildə prezident seçkisindən sonrakı zorakı hadisələrlə əlaqədar saxlansa da, sonradan məhkəmənin qərarıyla azadlığa buraxılıb. O,özünə qarşı ittihamları siyasi motivli sayır.

Keçmiş prezidentə cinayət işi 2008-ci ildə prezident seçkisindən sonrakı etirazların zorla dağıdılmasına görə açılıb. O zaman seçkini uduzmuş Levon Ter-Petrossianın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Koçaryan fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Etirazların təşkilatçılarından biri indiki baş nazir Paşinyan idi. O, 2010-cu ildə qarışıqlıqların təşkili ittihamıyla 7 illik həbsə məhkum edildi, bir il sonra amnistiya ilə azadlığa çıxdı.

(Azadlıq radiosu)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?