Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dollar yenə bahalaşdı, 6 lirəni keçdi-Trampın gecə tvitləri, maliyyə nazirinin xəbərdarlığı

 

Türkiyədə hökumətin və Mərkəzi Bankın maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək üçün gördüyü tədbirlərdən, habelə prezident Ərdoğanın əhaliyə “yastıq altındakı” dollarları dəyişmək çağırışından və Qətər əmirinin 15 milyard dollarlıq investisiya vədindən sonra nisbətən ucuzlaşan dollar yenidən bahalaşır.

Yenixeber.org: Ötən gün 5.7-5.8 lirə səviyyəsində sabitləşən ABŞ dollarının məzənnəsi bu gün səhər saatlarından yenidən artmağa başlayıb.Bakı vaxtı ilə saat 13.30-a olan məlumata görə Türkiyə lirəsi ötən günə nisbətən 5 faizə yaxın dəyərdən düşüb və hazırda 1 ABŞ dolları banklararası hərraclarda 6.12 lirəyədir.

 

Bundan əvvəl Mərkəzi Bank açıqlamışdı ki, Ərdoğanın çağırışından sonra Türkiyə vətəndaşları və şirkətləri təxminən 1.4 milyard dolları lirəyə dəyişiblər. Habelə Mərkəzi Bank bankların likvidliyini qorumaq üçün onlara lazım olan qədər borc verməyə hazır olduğunu açıqlamışdı. Nəticədə dollar bir qədər ucuzlaşmışdı və hökumətdən “Türkiyəyə qarşı iqtisadi qəsd planının darmadağın edildiyi” barədə bəyanatlar səslənirdi.

Lakin bu nisbi ucuzlaşma çox uzun sürməyib. Türkiyə vaxtı ilə gecə saatlarında ABŞ prezidenti Donald Tramp Twitter-də Ankaranın ünvanına sərt mesaj yayımlayıb. Tramp bildirib ki, Türkiyə indiyə qədər ABŞ-dan çox faydalanıb, amma indi yaxşı dost olmadığını sübut edib və günahsız xristian keşişi Brunsonu girov saxlayır, ABŞ-dan nəsə qoparmağa çalışır. Tramp keşiş Brunsona görə ABŞ-ın Türkiyəyə heç bir əvəz ödəməyəcəyini bildirib, o, Brunsondan özünü “vətənpərvər amerikalı girov” kimi aparmağı xahiş edib. ABŞ prezidenti Türkiyəyə qarşı yeni addımlar atılacağını bildirib.

Trampdan əvvəl isə maliyyə naziri Stiven Mnuçin keşiş Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlamışdı.

Belə görünür ki, ABŞ-dan gələn mesajların təsiri ilə dollar yenidən bahalaşmaqdadır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam