Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

“AKTAU KONVENSİYASI İKİNCİ TÜRKMƏNÇAY MÜQAVİLƏSİDİR” –bəzi iranlı deputatların fikrincə, Xəzərin hüquqi rejimi barədə sənəd tarixin təkrarlanmasıdır

Əziz Rzazadə

 

Qazaxıstanın Aktau şəhərində 5 dövlət təmsilçisinin imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya İranın aparıcı mediasının ilk səhifələrinə daşınıb. Prezidentlərin müxtəlif rakurslardan çəkilmiş fotoları ilə, manşet başlıqları mövzunun İranda nə qədər aktual olduğuna əyani sübutdur.

Yenixeber.org: “Arman” qəzetinin “Xəzər – gələcəyin Fars körfəzi” adlı məqaləsində qeyd olunur ki, avqustun 12-də Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Azərbaycan rəhbərlərinin imzaladığı Konvensiya sahilyanı ölkələrin yaxınlaşmasını gücləndirmək üçün böyük addımdır. “Enerji ekspertləri hesab edirlər ki, investisiyanın əhəmiyyətli bir hissəsi 2030-cu ilə qədər Xəzər dənizinə yönəldiləcək. Bu, İranın strateji mövqeyini artıracaq və ölkəmizi Xəzər dənizindən Fars körfəzinə qədər üstün mövqeyə gətirəcək. Beynəlxalq Valyuta Fondu (BVF) İranın 2030-cu ilə qədər dünyanın ən güclü 15 iqtisadiyyatı sırasına daxil olacağını proqnozlaşdırır… Şimal və cənub sahillərini birləşdirməklə, İslam Respublikası ticarət və nəqliyyatın inkişafında mühüm strateji və regional rol oynamağa hazırdır”.

“Ebtekar” qəzetinin şərhçisi Məhəmməd Rza Səttari Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanmasına qədər sahilyanı ölkələr arasında 20 il davam edən dialoqdan sonra aktual məsələlərin böyük qisminin nizamlandığını vurğulayaraq tarixi keçmişə ekskurs edir: “Əvvəllər İran və Rusiya Xəzər dənizinə dair 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqaviləsi, habelə 1921-ci il və 1940-cı illərdəki sənədlərlə birlikdə 4 saziş imzalanıb. Son qanuni rejimə əsasən, İran və Sovet İttifaqı arasında hüquqlar bərabər bölüşdürülmüşdü. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Xəzərin hüquqi rejimini müəyyənləşdirmək üçün danışıqlarla Rusiya, Qazaxıstan və Azərbaycanla ayrı-ayrı protokollarla, müvafiq olaraq 19%, 27% və 18%-lik milli sektorlar müəyyən edib. Bu, İran və Türkmənistanın müxalifəti ilə üzləşib, rəsmi Tehranın Xəzərin ədalət prinsipinə əsaslanaraq bölünməsi və hər bir ölkə üçün 20 faizlik milli sektor təklif etməsi ilə nəticələnib”.

Müəllif yazır ki, bəzi müşahidəçilər İranın Sovet İttifaqının çökməsinə qədərki 50 faizlik hüququnun ümumiyyətlə müzakirə mövzusu olmadığına təkid edirdilər.“Bir qrup şəxs Konvensiyanın imzalanmasını şiddətlə qınayıb. O cümlədən millət vəkili Mahmud Sadiqi “Twitter”-də yazıb: “Prezident Aktauya yol üstə olarkən, Xəzər dənizinin hüquqi rejimi barədə müddəalarla bağlı deyib ki, dənizin statusu qeyri-müəyyən vəziyyətdədir. Doğrudanmı İranın 50%-lik payı 11%-ə düşür? Növbəti Türkmənçayla üz-üzəyik? İnsanlar bunu bilin, millət vəkilləri əsla səhnə arxasında deyillər”.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Həşmətullah Fəlahətpişte qeyd edib ki, Xəzər dənizinin hüquqi rejiminin müəyyənləşdirilməsi ilə sərhədlərdə hər hansı bir dəyişiklik İslami Şurası Məclisində təsdiqlənməlidir”.

İslahatçı cinaha yaxın “Etemad” qəzeti isə “Türkmənçay olmayan Konvensiya” başlıqlı məqaləsində sammitdə iştirak etmiş İran prezidenti Həsən Ruhanidən sitat gətirir: “Konvensiya ədalət prinsipinə əsaslanıb”.

“Ettelaat” qəzeti “Əcnəbilərin Xəzərə yolu bağlandı” adlı məqaləsində geniş xülasə ilə danışıqlar prosesi, Həsən Ruhani və xarici işlər naziri Cavad Zərifin sammitdəki çıxışları, Konvensiyanın və Birgə Bəyanatın mətnini oxucularına çatdırıb.

Xarici faktorların Xəzər hövzəsindən kənarda qalması “Cəhan-e sənət” qəzetinin də əsas hədəfidir.

“Xəzər sazişi” adlı baş məqaləsində “İran” qəzeti başlıca diqqəti Aktauda imzalanan sənədlərə yönəldib. Həmçinin, “Comhuriye İslami” və “Xəzərdə pay almanın ssenariləri” məqaləsini manşetə çıxarmış “Şəhrvənd” qəzetləri.

“Bir müqavilənin kölgəsi”ni işıqlandıran “Qanun” qəzeti parlamentin Milli Təhlükəsizlik Komissiyası üzvlərinin Konvensiyaya münasibətinə istinad edir. Mahmud Sadiqinin məlum açıqlaması ilə bərabər, millət vəkili Əbülfəzl Həsənbeyginin rəyi öyrənilib. “İranın Mazandaran (Xəzər) dənizi ilə bağlı ən vacib mövqeyi dənizi qonşu ölkələr arasında beş bərabər hissəyə bölmək və dərin ərazilərdə bütün ölkələr üçün neft istismarına razılaşdırmaqdan ibarətdir”, – deyən Həsənbeygi, ilk növbədə, dəniz şelfində neft kəşfiyyatı və hasilatında qarşılıqlı raılaşmaları əhəmiyyətli hesab edir.

Rəştli millət vəkili Cabbar Kuçekinejad isə Konvensiyadan danışarkən, Azərbaycan Respublikasını hədəfə alıb: “…İqtisadi müqavimət və ABŞ-la olan anlaşmazlıqlar dövründə Xəzər dənizinin hüquqi rejimi məsələsini həll etmək düzgün deyil, çünki mövcud vəziyyətdə amerikalılar Azərbaycan Respublikasını İslam Respublikasına qarşı təhrik və təhdid etməyə çalışırlar, buna görə də, İslam Respublikası bu məsələni başqa bir dövrə təxirə salmalıdır”.

Daha sonra o əlavə edir: “Xəzər dənizinin hüquqi rejimini müəyyənləşdirən ölkələr arasındakı ən böyük fərqlər İran və Azərbaycan arasındadır. İslam Respublikasının digər sahilyanı ölkələrlə heç bir qarşıdurması yoxdur. Lakin İranla Azərbaycan arasında suyun səthində sərhəd xəttini müəyyənləşdirilməsi mübahisəsini həll etmək çətindir”.

Deputat İzzətullah Yusifiyan Molla isə Xəzər dənizinə dair SSRİ və İran arasında imzalanmış, hüquqi qüvvəsini itirmiş köhnə müqavilələri əsas gətirərək, səthin keçmiş İttifaqa aid 50%-lik hissəsinin digər dörd dövlət arasında bölüşdürülməli olduğunu iddia edir.

“Türkmənçayın təkrarı” yarımbaşlıqlı hissədə iranlı siyasətçi deyir:“Tariximizdəki Türkmənçay müqaviləsi və 1919-cu il hadisələri hələ də unutulmayıb”.

Məqalənin son sətirlərdə isə “Qanun” daimi tezisini bir daha təkrarlayıb :“Rusiya etimad ediləsi ölkə deyil”.

Nüfuzlu “Keyhan” qəzeti isə bu fikrin əksinə, Aktau sammiti barədə yazısında prezident Həsən Ruhaninin sözlərini sitat gətirir: “İran və Rusiya arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcud olmalıdır”.Strateq.az

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?