Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rubl və Lirə:Siyasətə qurban gedən iki valyuta

 

Rubl və Lirə: Siyasətə qurban gedən iki valyuta
Hazırda Türkiyə lirəsi ilə Rusiya rublu ABŞ dolları qarşısında sürətlə ucuzlaşmaqda davam edirlər. Ötən həftə ərzində dollar 5 rubl bahalaşaraq, bu gün 68 rubldan yuxarıda möhkəmlənib. Bu, rublun aprel enişindən sonra yeni tarixi minimumdur. Türkiyədə isə dollar 7 lirədən baha satılır.
Yenixeber.org: 2015-ci ilin yanvarından bu yana rublun belə sürətli enişi müşahidə olunmamışdı. Türkiyə lirəsi sonuncu dəfə 2001-ci ildə belə sürətlə dəyər itirmişdi.

Ümumi cəhət odur ki, həm lirənin, həm də rublun eniş səbəbləri əsasən siyasi xarakterlidir. Hazırda hər iki milli valyuta ABŞ-ın sanksiyalarının təsirilə zəifləməkdədir. Belə ki, ötən həftə Senat Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləmiş, Tramp isə Türkiyədən idxal edilən xammala gömrük rüsumunun qalırıldığını bəyan etmişdi. Rusiyalı ekspertlər tezliklə 1 dolların 70 rubldan baha olacağını da istisna etmirlər.

İki valyutanın bu cür sürətlə zəifləməsi digər ölkələrin pullarına da təsir göstərib. “BRİCS ölkələri” adlanan qrupda Rusiya ilə birlikdə təmsil olunan Braziliya və CAR-ın milli valyutaları peso və rand da uyğun olaraq 3,1% və 2,7% zəifləyiblər. Qeyd edək ki, son vaxtlar Türkiyədə də BRİCS-ə üzvlüklə bağlı müzakirələr gedirdi.

Artıq Avropa Mərkəzi Bankı Türkiyədə bank böhranının başlayacağından və bu prosesin İspaniya, İtaliya, Fransa banklarına da təsirsiz ötüşməyəcəyindən narahatdır. Bu narahatlığın fonunda avro da dollar qarşısında 1%-ə yaxın zəifləyərək, $1,14-a düşüb.(azvision) 

Tariyel

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam