Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Trampa bomba kimi xəbərdarlıq:“İncirlikdəki nüvə bombalarını unutma!”

 

Trampa XƏBƏRDARLIQ: “İncirlikdəki nüvə bombalarını unutma!”

 

ABŞ prezidenti Donald Tramp Türkiyədən aldığı dəmir və alüminiuma əlavə faiz vergisinin tətbiqi qərarını verdikdən sonra “Vaşinqton Post” qəzetinin yazarı Brayan Klaas ona İncirlikdəki nüvə bombalarını xatırladıb.

Yenixeber.org: Türkiyənin maliyyə naziri Berat Albayrakın “Yeni İqtisadi Yaxınlaşma” mövzusunda çıxışı zamanı, ABŞ prezidenti Donald Trampın Amerikanın Türkiyədən alacağı dəmir və alüminiuma ikiqat vergi tətbiq edəcəyi barəsində “Tvitter” paylaşması ilə Türkiyə valyuta bazarlarına ajiotaj yaradıb, türk lirəsinin daha da ucuzlaşmasına rəvac verib.

Trampın bu addımı Türkiyədə olduğu qədər ABŞ-da və dünyanın başqa ölkələrində də əks-səda doğurub. “Vaşinqton Post” qəzetinin beynəlxalq siyasət üzrə eksperti Brayan Klaas ABŞ cəbhəsindən Trampa ən fərqli xəbərdarlığı ilə seçilib. “Tvitter” hesabından Trampın paylaşmasına cavab verən Klaas yazıb: “Ərdoğanın heyranı deyiləm, lakin Trampın çıxışı ehtiyatsız çıxışdır. Türkiyə NATO üzvüdür və Türkiyədə yerləşən bir ABŞ bazasında (İncirlik) 50 ədəd nüvə bombası mövcuddur. Trampın “Tvitter” paylaşmaları ciddi milli və beynəlxalq təhlükəsizlik riskləri təşkil eləməyə davam edir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam