Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Şimali Koreyadan İrana siyasi dəstək

 

Şimali Koreyadan İrana siyasi dəstək
ABŞ-ın İrana qarşı bərpa etdiyi sanksiyaların ardından Tehrana səfər edən Şimali Koreya xarici işlər naziri Ri Yonq Ho prezident Həsən Ruhani ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr və bir sıra beynəlxalq məsələlər, o cümlədən ABŞ sanksiyuaları və hər iki ölkənin nüvə məsələsi müzakirə olunub.
 Yenixeber.org: "Reuters” xəbər verir ki, danışıqlar zamanı Ruhani Şimali Koreyanın İranla bir çox oxşar cəhətlərinin və əksər beynəlxalq məsələlərə orta baxışlarının olduğunu qeyd edib. Bu baxımdan, Donald Trampla Kim Çen Inın görüşünü xatırladan Ruhani öz ölkəsinin nümunəsində Şimali Koreyaya Vaşinqtonla ehtiyatlı olmağı məsləhət görüb.

ABŞ administrasiyasının son illərdəki davranışları bütün dünyada Amerikanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən etibarsız və güvənilməz bir ölkə hesab edilməsilə nəticələnib. İndiki vəziyyətdə dost ölkələr öz münasibətlərini və beynəlxalq ictimai əməkdaşlığı inkişaf etdirməlidirlər.” – deyə, Ruhani bildirib.

Şimali Koreya xarici işlər naziri Ri Yonq Ho isə öz növbəsində Vaşinqtonun İranın nüvə proqramı üzrə 2015-ci il sazişindən birtərəfli qaydada çıxması və Tehrana qarşı sanksiyaları bərpa etməsinin beynəlxalq hüquq və qaydalara zidd olduğunu bəyan edib. Həmçinin vurğulayıb ki, ABŞ sanksiyalarına baxmayaraq, İran islam respublikası ilə əlaqələrin dərinləşdirilməsi və bununla da beynəlxalq münasibətlərdə birtərəfliyə qarşı çıxmaq Pxenyanın xarici siyasətinin strateji hədəflərindəndir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam