Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ankara Vaşinqtonla danışıqlara başlayır

 

Ankara Vaşinqtonla danışıqlara başlayır
Türkiyəli nazirlərə tətbiq edilən sanksiyalarla bağlı danışıqlar aparmaq üçün Türkiyə nümayəndə heyəti 2 gün ərzində Vaşinqtona səfər edəcəklər.
 Yenixeber.org: Bu barədə “Daily Sabah” Türkiyədəki diplomatik mənbələrinə istinadən xəbər verib. 

Mənbələrin dediyinə görə, Türkiyə ABŞ şəxsi görüşlərin təşkili barədə razılığa gəliblər. 

Xatırladaq ki, ABŞ PrezidentDonald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam