Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-İran "müharibəsi" başlayır:Gözlənilən embarqoya start verildi

  

ABŞ-ın İrana qarşı tətbiq edəcəyi iki mərhələli embarqonun birinci hissənə start verildi.

Yenixeber.org: Bunu ABŞ rəsmilərinin açıqlamalarına istinadən xəbər veririk.

Belə ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağladığı nüvə razılaşmasından ayrıldığını  və bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlamışdı. Trampın bu qərarından sonra ABŞ Xəzinədarlığı ilk sanksiyanın  6 avqustda, ikincinin isə 4 noyabrda qüvvəyə minəcəyini açıqlanmışdı.

Bildirildiyinə görə, İrana qarşı ilk embarqo hələ qüvvəyə minməmişdən əvvəl öz təsirini göstərməyə başlayıb. Qərar elan olunandan dərhal sonra ölkənin milli valyutasının məzənnəsi 10% aşağı düşüb. Devalivasiyanın səbəbi yeni sanksiyaların uzun müddətli ola biləcəyi ehtimalının əhalidə yaratdığı psixoloji təsirlə izah olunur. Embarqonun tətbiqindən sonra gərginliyin daha da artacağı istisna deyil.

Yeni embarqolarda İranın ABŞ dolları ilə ticarət etməsinin qarşısının alınması nəzərdə tutulur. Bu isə ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla yanaşı,  idxal olunan malların məhdudlaşdırılması deməkdir.

Donald Tramp İrana qarşı sanksiya qərarına tabe olmayan digər ölkələri də “qara siyahı”ya salacağını elan edib. Dolayısıyla, digər dövlətlər də bu sanksiyaya qoşulmaq məcburiyyətindədir.(ovqat)

 Ülkə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam