Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TRAMP PUTİNLƏ NECƏ MANİPULYASİYA EDİR?–Amerikalı analitik "kukla"ların yerini dəyişib - TƏHLİL

Maykl Busler

Washington Times

 

Donald Trampı Helsinkidə Vladimir Putinlə ortaq mətbuat konfransında izlədikdə, amerikalılar başlarını qaşıyırdı. Prezident amerikalıları rusların ayağına verən kimi görünürdü. Cənab Tramp öz kəşfiyyat qurumlarını lağa qoyurdu.

Yenixeber.org: “Rusiyanın 2016-cı il seçkisinə müdaxilə etdiyinə dair kəşfiyyat qurumlarının hesabatını qəbul edirəm, amma bunu başqaları da edə bilərdi”. Cənab Tramp, həmçinin dedi ki, hər iki tərəfin 2016-cı il prezident seçkilərində Rusiyanın müdaxiləsinə dair fərqli fikirdədir.

Nəhayət, o, Putinin Rusiyanın müdaxiləsi barədə hər hansı bir məlumatı olduğunu qətiyyətlə inkar etdiyini vurğuladı – Tramp ona inanmağa vadar olmuşdu.

KİV-lərin əksəriyyəti və Trampın opponentlərindən gələn təpki hiddətli idi; cənab Trampı xəyanətdə təqsirləndirdilər. Hətta bəzi Tramp tərəfdarları belə onun nə etdiyini uzun-uzadı götür-qoy etdilər.

Əslində, nəticələri öncədən düşünən, işgüzar, amma təcrübəsiz siyasətçi olan Tramp, çox çətin və baha başa gələn danışıqlara davam edir.

Rusiya liderləri ilə görüşmüş hər bir prezidentin məqsədi müharibənin qarşısını almaq, təcavüzü məhdudlaşdırmaq və nəticədə münasibətləri yaxşılaşdırmaq olub. Bəlkə də prezident Reyqan istisna olmaqla, bu məqsədlərə nail olma keçmiş prezidentlərə çox baha başa gəlib. Son on ildə rusların artan təcavüzü artıq dünyanın əksər bölgələrində nəzarətdən çıxıb və ya ən azı ona əks-təsir daha da azalıb.

Suriya müharibəsində və ya Birləşmiş Krallıqdakı zəhərlənmə hadisəsində bu təcavüzün dayandırılmadığı düşünülür.

Cənab Tramp siyasi cəhətdən yanlış bir yanaş ilə, daha çox nəticələrə yönəlib. Birincisi, o, Reyqan üçün münasib olan “güc təsiri ilə sülh yolu”ndan istifadə edir. Onun başçılıq dövründə Suriya bombalanıb, 100-dən çox rus əsgəri öldürülüb.

Sonra Tramp İranla sazişdən çıxıb. Çünki Rusiya öz müttəfiqinin də atom silahlı olmasını istəyirdi. İranla razılaşma yaxın 10 ildə və ya daha qısa müddətdə buna imkan verərdi.

Tramp ABŞ-ın istənilən təcavüzkar davranışa cavab vermə qabiliyyətini gücləndirəcək müdafiə xərclərini artırmaq üçün Konqresi də razı sala bilib. O, Rusiya sənayeçilərinə – ən nüfuzlu rus iş adamlarına qarşı sərt sanksiyalar qoyub və Vladimir Putinə daha çox əzab verib.

Bu iş adamlarının çoxu cənab Putinin şəxsi bank hesabına pul qoyur.

Sonra Tramp Rusiya diplomatlarını qovub və ABŞ-da bir sıra Rusiya diplomatik ofislərini bağlayıb, yəni yenə də Rusiyanın iqtisadiyyatına zərər verib.

Brüsseldə cənab Tramp NATO-nun Rusiya təcavüzünə qarşı müdafiəsində mövqeyini gücləndirmək istəyib. NATO-nun müdafiə qabiliyyətini möhkəmləndirmək üçün müttəfiqləri daha çox vəsait sərf etməyə inandırıb. Sonra o, Rusiyadan enerjiyə asılılığı olan Almaniyanı bundan imtinaya inandırmağa çalışıb.

Almaniya Rusiya ilə boru xətti qurmağa hazırlaşır ki, nəticədə, o, Almaniyanın enerji ehtiyacının 70 faizini təmin edəcək. Boru kəməri Baltikyanı dövlətlərdən yan keçir, buna görə Rusiya Baltik ölkələrinin enerji tədarükünü təsir edə bilər. Bu boru kəməri Avropanın istənilən Rusiya təcavüzünə qarşı müdafiəsini zəiflətmək deməkdir.

Prezident Ukraynaya silah satışını da təsdiqləyib. Rusiya təcavüzünə baxmayaraq, Obama administrasiyası yalnız humanitar yardımı təsdiqləmişdi. Silahlar Ukraynanı Rusiyanın təcavüzündən müdafiə etmək üçün istifadə olunacaq.

Bu yanaşmadan istifadə edərək cənab Tramp müharibənin qarşısını ala və təcavüzü məhdudlaşdıra bilər.

Üç məqsəddən ikisinə çatdıqdan sonra o, Helsinkiyə yollanıb. Tramp əlaqələri yaxşılaşdırmaq istəyirdi. “Rusiya ilə birlikdə olsaydıq, yaxşı olar”.

İstənilən iş adamı hər hansı bir danışıqda müvəffəqiyyətli olmağı üçün ilk növbədə “əlaqə qurmalısınız” düsturunu bilir. Bu xüsusilə düşmənlə məşğul olduqda doğru olur. Cənab Trampın son 16 ay ərzində cənab Putinə verdiyi əzabları nəzərə alaraq, əlaqəqurma daha çətin görünürdü.

O demokratlardan, əsas media orqanları və hətta öz partiyasından böyük təpki alacağını bilə-bilə, bu əlaqəni qurmağa çalışıb. İki saat ərzində cənab Putinlə şəxsi görüşüb; təkbətək. Sonra o, cənab Putinə şəxsi düşməni olmadığını və müdaxilələri danmasına baxmayaraq, cənab Putinin inandığı görünüşü yaradıb.

İndi Putinlə birbaşa əlaqə yaratdıqdan sonra cənab Tramp real məsələlərdə irəliləməyə başlayır. O, ABŞ-a geri qayıdaraq amerikalılara güvənməyə çalışır, Putinlə şəxsi münasibətlərini qoruyarkən, ölkəni hədəflərinə doğru yönəldir.

Bu gözəl yolun ağına düşərkən, çətinlik və təpkilərə baxmayaraq, Birləşmiş Ştatlar üçün çox əlverişli nəticə gözlənilir.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam