Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ağdamın işğalı ilə bağlı kampaniya başladı-ABŞ-da

 

ABŞ-da Ağdamın işğalı ilə bağlı kampaniya başladı
ABŞ Azərbaycanlıları Şəbəkəsi 1993-cü il iyulun 23-də Azərbaycan Respublikasının Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə amerikan ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıb.
Yenixeber.org: Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ Administrasiyasındakı rəsmi şəxslərə, həmçinin Birləşmiş Ştatların bütün kütləvi informasiya vasitələrinə məktublar göndərirlər.

Məktublarda Qarabağ müharibəsi zamanı Azərbaycanın rayonlarının işğalı faktı, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamlar qeyd olunub, statistik rəqəmlər göstərilib. Məktub müəllifləri BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) və həmin tələbləri ehtiva edən BMT Baş Assambleyasının A/62/L.42 qətnaməsinə rəsmi Yerevan tərəfindən tam etinasızlıq göstərildiyini qeyd ediblər.

Azərbaycan diasporunun üzvləri ABŞ hökumətini Ermənistanın işğalçı qoşunlarının suveren Azərbaycanın ərazilərindən çıxarılmasına dair beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına şərait yaradılması məsələlərində Yerevana təzyiq göstərməyə çağırırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam