Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

İsrail yalnız yəhudilərin evinə çevrildi –Qalmaqallı qanun

 İsrail parlamenti İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.

Yenixeber.org: Parlamentdə qəbul edilən qanuna əsasən, İsrail bundan sonra yəhudi xalqının evi sayılır və yalnız yəhudilər dövlətin hüdudlarında öz milli müqəddəratını həll etmək haqqına sahib olurlar.

Qanunda həmçinin yalnız ivrit dilinin dövlət dili hesab edildiyi və ərəb dilinə isə xüsusi status verildiyi bildirilib.

İsrail Baş naziri Benyamin Netanyahu da qanunla bağlı çıxış edib:

“Bu, sionizm və İsrail dövlətinin tarixində həlledici andır. Biz qanunla öz mövcudluğumuzun baza prinsiplərini gücləndiririk. İsrail yəhudi xalqının milli dövlətidir və o öz vətəndaşlarının fərdi haqlarına hörmətlə yanaşır. Yaxın Şərqdə yeganə olaraq bu haqqa hörmətlə yanaşan bizik”.

Yeni qanun ərəblər arasında kəskin narazılığa səbəb olub. Qanunun parlamentdə qəbulu zamanı ərəb deputatlar nümayişkaranə şəkildə bunun diskriminasiyaya səbəb olacağını bildiriblər. Onlar həmçinin Netanyahuya qarşı “aparteid” şüarları səsləndiriblər.

Qanun layihəsinin əleyhinə ərəblərlə bərabər sol və mərkəzçi partiyalar da qarşı çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam