Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ATƏT PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI YEKUN RƏYİNİ AÇIQLADI: “Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”

 

İyulun 18-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisiylə bağlı yekun hesabatını açıqlayıb.

Yenixeber.org: Beynəlxalq qurum Azərbaycana tövsiyə edir ki, həqiqi iştirakçılıq və konsultativ proses vasitəsilə seçki qanunvericiliyinə yenidən baxılsın və bu, növbəti seçkilərdən yetərincə vaxt qalmış gerçəkləşdirilsin.

“Məqsəd qanunvericiliyi beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırmaq, konstitusiyada təsbit olunmuş hüquqları və azadlıqları təmin etmək, bütün boşluqları və ziddiyyətləri aradan qaldırmaq, DTİHB və Avropa Şurasının öncəki tövsiyələrini yerinə yetirmək olmalıdır”, – hesabatda vurğulanır.

Qurum həmçinin tövsiyə edir ki, seçki günü pozuntuları hərtərəfli və müstəqil şəkildə araşdırılsın. Veb kameraların qeydə aldıqları, imzalanmış seçici siyahıları, etibarlı və etibarsız seçki bülletenləri də araşdırma obyekti olmalıdır.

Hesabatda bildirilir ki, seçki komissiyalarının təyinat formulu seçki administrasiyasının qərəzsizliyini təmin edə bilmədiyindən onların tərkibinə yenidən baxılsın, qərəzsiz fəaliyyətləri, işlərinə ictimai inam gücləndirilsin.

Dövlət sektoru əməkdaşlarının partiya rəsmiləri, yaxud polis tərəfindən təbliğat kampaniyalarına məcburən gətirildiyi hallar olub. Hesabatda tövsiyə edilir ki, seçki kampaniyası qorxudulma və qisas hissindən azad mühitdə keçirilsin, dövlət orqanları və siyasi partiyalar büdcə təşkilatları işçiləri və digərlərinə təzyiq göstərməsinlər.

Hesabatda onlayn kontent də daxil olmaqla, defamasiya və böhtanın dekriminallaşdırılması tövsiyə edilir. Vurğulanır ki, vebsaytlara çıxışın məhdudlaşdırılma səlahiyyəti yalnız məhkəmələrə verilsin, bu saytların siyahısı ictimaiyyətə açıqlansın.

Digər tövsiyələrə seçici siyahılarının təsdiqlənməsinin tənzimlənməsi üçün hərtərəfli təlimatların hazırlanması, namizədlərdən ötrü təhsil və yaşayış yeri tələblərinin qaldırılması, ictimai toplantılarla bağlı gərəksiz məhdudiyyətlərin ləğvi daxildir.

DTİHB Azərbaycana seçki qanunvericiliyini və təcrübəsini ATƏT öhdəliklərinə uyğunlaşdırmaq işində dəstək verməyə hazır olduğunu təsdiqləyir.

Seçki günü DTİHB-nin Müşahidə Missiyası ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri ilə birlikdə fəaliyyət göstərib. (Azadlıq Radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam