Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Siz nüvə başlıqlarını gizlədirsiniz” –Sensasiyalı detallar ORTAYA ÇIXDI

 

  • “Siz nüvə başlıqlarını gizlədirsiniz” – Sensasiyalı detallar ORTAYA ÇIXDI

ABŞ-ın dövlət katibi Maykl Pompeo bu yaxınlarda Pxenyana səfər zamanı Koreya Xalq Demokratik Respublikasında zənginləşdirilmiş uranın gizli istehsalı haqqında şübhələrini ifadə edib.

 Yenixeber.org:: "RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Yaponiyanın “İomiuri” qəzeti yazıb.

Ancaq Şimali Koreya hakimiyyəti hər hansı uran proqramının mövcudluğunu inkar edib.

Dövlət katibi Pxenyana növbəti səfərini 6-7 iyul tarixlərində etmişdi. O, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxolla denuklearizasiya planının uyğunlaşdırılması üçün danışıqlar aparıb. Pompeonun Şimaki Koreya lideri Kim Çen Inla görüşü keçirilməyib, baxmayaraq ki, Ağ Ev görüşün planlaşdırıldığını elan etmişdi.

“Zənginləşdirilmiş uran istehsal edirsiniz. Nüvə obyektləri və nüvə döyüş başlıqlarını gizlədirsiniz. Məlumatlara görə, Xamxında yerləşən raket zavodu genişləndirilir və bu, Amerika-Şimali Koreya münasibətləri üçün yaxşı deyil”, - “İomiuri” adsız mənbələrə istinadən Pompeodan sitat gətirib.

Onların məlumatlarına görə, Kim Yon Çxol bunun həqiqət olmadığını bildirib.

“Biz uranın zənginləşdirilməsini həyata keçirmirik və heç nəyi gizlətmirik. Xamxındakı zavodda genişlənmə aparılmır, yağış mövsümünə hazırlıq üzrə işlər görülür”, - Şimali Koreya məmuru cavab verib.

“İomiuri”nin məlumatına görə, Pompeo Pxenyanda aparılan danışıqlarda Koreya Xalq Demokratik Respublikasından bu ölkədə denuklearizasiyanın qrafikinin uyğunlaşdırılmasını tələb edib, Şimali Koreya tərəfi isə hər şeydən əvvəl hərbi hərəkətlərin dayandırılması haqqında bəyannamənin imzalanmasında təkid edib.

Xatırladaq ki, Pxenyan ABŞ-ın dövlət katibinin 6-7 iyul tarixlərində qatıldığı nüvə danışıqları ilə əlaqədar sərt bəyanat vermiş, Şimali Koreyanın Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfinin mövqeyinə görə məyusluğunu ifadə etmişdi.

“ABŞ-ın iki tərəf üçün də güvən yaradacaq təkliflərlə gəlməsini gözləyirdik. ABŞ-ın davranışı bizdə peşmançılıq yaratdı”, - nazirliyin bəyanatında deyilirdi.(publika)

Ömər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam