Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

NATO ölkələri Trampın təklifinə qarşı çıxdı

 

NATO ölkələrinin hərbi xərcləri ÜDM-un 4 faizinədək artırması dünyanı daha təhlükəsiz etməyəcək
Yenixeber.org: Almaniya xarici işlər naziri Hayko Maas belə deyib. 

“Biz bilirik ki, sülh və təhlükəsizlik havayı əldə olunmur. Amma ÜDM-un 4 faizini müdafiəyə ayırmaq bizim dünyamızı daha təhlükəsiz etməyəcək.” – deyə Maas tvitter səhifəsində yazıb. Onu da əlavə edib ki, hərbi xərcləri artırmaq tədbirləri əvəzinə, beynəlxalq nizam və qaydalara riayət olunmasına cəhd edilsin. 

Qeyd edək ki, bundan əvvəl Maas NATO sammitindəki mövqeyilə ABŞ prezidenti Donald Trampın alyans ölkələrinin təhlükəsizliyini təhdid altına qoyduğunu deyib. Belə ki, Tramp NATO ölkələrini nəinki ÜDM-rının 2 faizini alyansın büdcəsinə ödəmələrini tələb edib, hətta onları müdafiə xərclərini ÜDM-un 4 faizinə qaldırmağa çağırıb. Lakin bir çox Avropaölkələri, xüsusən də Almaniya, Fransa və İtaliya buna qarşı çıxıblar. 

Xatırladaq ki, NATO-nun 2017-ci ildəki müdafiə xərcləri 900 milyard dollar olub. Bu, dünya üzrə hərbi xərclərin 52 faizini təşkil edir. Eyni ildə Rusiyanın hərbi xərcləri isə 66,3 milyard dollar olub. NATO-nun yalnız 5 üzv ölkəsi – ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya və Polşa ÜDM-un 2 faizini alyansın büdcəsinə ayırır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam