Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ Rusiya ilə strateji müqavilədən çıxır

ABŞ Rusiya ilə strateji müqavilədən çıxır
ABŞ Rusiyanın razılaşma şərtlərini pozduğuna dair əsassız səbəblər gətirərək, Orta və kiçik mənzilli raketlərin ləğv edilməsinə dair 1987-ci il müqaviləsindən çıxmağa hazırlaşır.

 Yenixeber.org: Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu İtaliyanın “Il Giornale” qəzetinə müsahibəsində bəyan edib.
Şoyqu bildirib ki, ABŞ Rusiyanın ünvanına müqavilənin şərtlərini pozması ilə bağlı qeyri-müəyyən ittihamlar irəli sürür. Lakin bu iddialar heç bir fakta söykənmir və bu səbəbdən əsassızdır. 

Şoyqunun sözlərindən belə çıxıb ki, Vaşinqton bu cür strateji müqavilədən çıxmaq üçün sadəcə bəhanə axtarır. Əslində isə özü sazişin müddəalarını pozur: 

ABŞ “Tomahawk” qanadlı raketlərinin buraxılması üçün istifadə olunan “Mark 41” şaquli buraxılış sistemlərini Avropada yerləşdirməklə bu müqavilənin şərtlərini pozur. Raketlərin dağıdıcı radiusuna Rusiyanın bütün Avropa hissəsi daxildir. ABŞ Rusiyanı öz hegemonluğuna təhdid kimi görür. Bizi Qərbə münasibətdə hansısa aqressiv planlarda ittiham edir, amma özü sərhədlərimizə tərəf yeni qüvvələr cəlb etməyə davam edir”. 



Qeyd edək ki, soyuq müharibə dövründə ABŞ prezidenti Ronald Reyqan ilə SSRİ rəhbəri Mixail Qorbaçov arasında 1987-ci ildə Vaşinqtonda imzalanan Orta və kiçik mənzilli raketlərin ləğv edilməsinə dair müqavilə tərəflərin yer tipli 500-1000 və 1000-5500 kilometr uzaqlığa atıla bilən bütün ballistik və qanadlı raketlərini ləğv etməsi, həmçinin gələcəkdə onların istehsalı, sınağı və yayılmasının qadağan olunmasını nəzərdə tutur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam