Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səudiyyə Ərəbistanı ilə İran arasında növbəti gərginlik

Səudiyyə Ərəbistanı ilə İran arasında növbəti gərginlik
Səudiyyə Ərəbistanı İran gəmilərinin mütəmadi şəkildə onun Fars körfəzindəki neft yataqlarının yerləşdiyi akvatoriyasına keçməsilə bağlı BMT-yə şikayət edib.
Yenixeber.org: Bu barədə Krallığın “WAM” agentliyi xəbər verib. Məlumata əsasən, İrana məxsus gəmi və qayıqlar Səudiyyə Ərəbistanının ərazi sularındakı neft platforması və yataqlarının yaxınlığında yerləşən qapalı rayonlara dəfələrlə “hücum edib”. Lakin həmin gəmilərin hərbi, yoxsa mülki olması bildirilmir.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim bəyan edib ki, Ər-Riyadın Tehran və BMT baş katibinə ünvanladığı əvvəlki etiraz notalarına rəğmən, bu cür pozuntuların sayı durmadan artır. Həmçinin vurğulayıb ki, ölkəsi məsələ ilə bağlı bütün lazımı tədbirləri görəcək və ərazi sularındakı bu cür pozuntulara görə ayarana biləcək istənilən zərərdə bütün məsuliyyət İrandakı rejimin üzərində qalacaq.

Ər-Riyadın şikayətilə bağlı Tehran hələ ki heç bir açıqlama verməyib.

Qeyd edək ki, İranla Fars körfəzindəki dəniz sərhəddi məsələsində Səudiyyə Ərəbistanı şah rejimilə imzalanan 1968-ci il müqaviləsinə istinad edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam