Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ABŞ hərbçilərini Rusiya ilə sərhədə göndərdi

ABŞ hərbçilərini Rusiya ilə sərhədə göndərdi
Qara dənizin şimal-qərb hissəsində “Sea Breeze 2018” ABŞ-Ukrayna birgə hərbi təlimlərinə start verilib.
Yenixeber.org: Bu barədə Ukrayna hərbi-dəniz qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, amerikalı və ukraynalı hərbçilərin birgə təlimləri Ukraynanın Odessa və Nikolayevsk əyalətlərində keçiriləcək. Təlimlərdə 19 ölkədən 2 mindən çox hərbçi, 30-dan çox hərbi gəmi və uçuş aparatları iştirak edir. Bu gündən başlayaraq 21 iyuladək davam edəcək hərbi təlimlərdə NATO standartlarına uyğun dəniz əməliyyatları icra olunacaq və hərbi manevrlər yerinə yetiriləcək.

Birgə təlimlərlə əlaqədar ABŞ hərbi-dəniz qüvvələrinin altıncı donanmasına məxsus “Mount Whitney” flaqman (hansısa bölgədə üzrə hərbi aviasiya və quru qoşun birləşmələrinin və onların komandanlığının daxil olduğu ən böyük eskadrilya gəmisi) və ABŞ-ın “Porter” raket esminesi Qara dənizə daxil olublar.

ABŞ-ın altıncı donanmasının bəyanatında deyilir ki, Ukrayna ilə birgə keçirilən hərbi təlimlər dənizdə təhlükəsziliyin təmin edilməsi və regional dəniz sabitliyinin gücləndirilməsinə, həmçinin NATO-nun tərəfdaşları və müttəfiq ölkələrinin hərbi-dəniz qüvələrinin hazırlığına yönəlib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam