Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-Rusiya yaxınlaşmasını mümkünsüz edən -İki fakt

 İki dövlət arasında olan qütbləşmə o dərəcədə inkişaf edib ki, bu görüşdə hansısa ciddi razılaşmaların və ya yaxınlaşmaların olacağına ümid azdır.
Yenixeber.org: Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, görüşün iyulun 16-da Helsinkidə keçirilməsi gözlənilən Rusiya-Amerika sammiti çərçivəsində baş tutacağı deyilir:
“Sammitin də əsas mövzusu beynəlxalq təhlükəsizliklə bağlıdır. Trampın Kim Çen İnlə görüşünü gördükdən sonra Putin-Tramp görüşünü normal qarşılamaq lazımdır. Əsas odur ki, bu görüş zamanı kim mövqeyindən geri çəkiləcək. Bu olmadığı təqdirdə hər hansı yaxınlaşmadan, münasibətlərin 5 il əvvəlki vəziyyətə qayıtmasından söhbət gedə bilməz”.
Ekspert qeyd edib ki, indidən Avropa dövlətləri bu görüşlə bağlı narahatlıqlarını dilə gətirir:
“Trampın gözlənilməz addımlar atması təcrübəsini bildiklərindən görüşün gedişatında öncədən planlaşdırılan istiqamətdən yayınma olacağını da düşünənlər var. Amma bu elə də asan deyil. ABŞ və Rusiya arasında gərginliyə səbəb olan faktorlar varkən yaxınlaşma ehtimalları sıfıra bərabərdir. İki əsas faktor isə bu yaxınlaşmanı imkansız edir. Onlardan biri Krımın anneksiyası, Donbas və Luqanskda separatçılara dəstək, digəri isə Yaxın Şərq-Suriya məsələsində Moskvanın tutduğu mövqedir”.
Ekspert vurğulayıb ki, bu məsələlərdə ABŞ-ın hələlik güzəştə getmək fikri yoxdur:
“Rusiya bu məsələlərdə müəyyən güzəştlərə getməyə razı olmasa, nə bu, nə də sonrakı görüşlərdə heç nə alınmayacaq. Amma hesab edirəm ki, bu görüş iki ölkə arasında olan problemləri çözməsə də, gərginliklərə az da olsa sərinlik gətirəcək. Bu da gələcəkdə nələrəsə nail olmaq üçün ümid yeri qoyar”.(axar.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam