Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putin Ermənistana qəzəbləndi –Moskvadan sərt qərar

 Kreml Paşinyanın kadrlarına da şübhəli baxmağa başladı; “Rus NATO-su”nun məxfi məlumatlarının qərbyönlü təhlükəsizlik katibi Armen Qriqoryanın əlinə keçməməsi tələb edildi; rəsmi İrəvanın izahı kara gəlmir...  

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın NATO sammitinin keçiriləcəyi Brüsselə səfərə ciddi şəkildə hazırlaşması haqda bir neçə dəfə yazmışıq. Xəbər verdiyimiz kimi, 4 gün sonra - iyulun 11-də Belçika paytaxtında NATO-nun iki günlük sammiti olacaq. Gündəlikdəki əsas mövzulardan biri də “Rusiya təcavüzü” ilə bağlıdır. Ancaq belə görünür ki, Moskvanı alyansın gündəliyindən daha çox, satellit Ermənistanın təzə rəhbərliyinin siyasi özbaşınalığı və bir də NATO və Avropa Birliyi (AB) yetkililərinin Paşinyanı şirnikləndirmək yönündə verdikləri bəyanatlar qıcıqlandırır. 
“Yeni Müsavat” bir daha qeyd edir ki, həm NATO, həm də mənzil-qərargahı Brüsseldə yerləşən AB rəsmilərinin son açıqlamalarından qənaət hasil olur ki, Qərb “məxməri inqilab”ın banisi Paşinyanı orada səbirsizliklə gözləyir, ona olduqca isti qəbul vəd edirlər. Son olaraq AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. Ondan az öncə NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay analoji açıqlama verərək, Alyansın Ermənistanla əlaqələri dərinləşdirməyə və işğalçı ölkədə islahatlara dəstək verməyə hazır olduğunu söyləyib.
Ötən saylarımızda vurğuladığımız kimi, Kremlin bütün bunlara reaksiyası özünü çox gözlətməyəcək. Elə də oldu. Müşahidələr göstərir ki, Brüssel zirvəsi yaxınlaşdıqca Moskvanın İrəvana və ona ard-arda reveranslar edən NATO-ya qəzəbi böyüyür, səbir kasası dolmaq üzrədir.
Bunu Kremlə yaxınlığı ilə seçilən tanınmış politoloq və avrasiyaçı Aleksandr Duqinin srağagünkü açıqlamasından da görmək olar. Cocuq Mərcanlıya səfər edənlərə hücum çəkənlərə sərt cavab verən A.Diqun onu bildirib ki, Ermənistan axır vaxtlar yanlış olaraq NATO ilə yaxınlaşma xəttini tutub. Sitat: “İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu, tamamilə yolverilməzdir. Əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, o, özündən əvvəlkilərin xəttini davam etdirməlidir - 5 rayonu geri verməlidir. Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu, təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”.
*****

“Moskva təkcə Nikol Paşinyanın nəzərdə tutulan Brüssel səfərinə görə yox, NATO rəhbərliyinin bu səfərlə bağlı bəyanatlarına da hiddətlənir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə armenianreport.com nəşrindəki məqalədə deyilir.
“Ermənistan hakimiyyəti Nikol Paşinyanın Brüssel səfəri ilə bağlı, Avropaya onun ilk rəsmi ziyarətlə bağlı olduqca ciddi problem qarşısındadır. Bu, nəinki dəhşətli dərəcədə Rusiyaya xoş getməyib, Moskva, üstəlik, bunu İrəvanın diqqətinə çatdırmağı zəruri bilib. Özü də Moskva səfərlə yanaşı, NATO ali rəsmisi Ceyms Apaturayın səfərlə bağlı bəyanatına da qəzəblənib. Halbuki günlərdir Ermənistan XİN Rusiyaya izah eləməyə çalışır ki, Ermənistan NATO-nun əsas gündəliyində iştiraka yox, Əfqanıstandakı sülhməramlı kontingentdə iştirakla bağlı dəvət olunub. İzaha rəğmən, bütün bunlar Rusiyanı özündə çıxarıb”, - erməni nəşr vurğulayıb.

Moskvanın Paşinyan hökumətinə artan qəzəbinə dair daha bir fakt. “Yeni Müsavat”ın məlumatına görə, “Qraparak” qəzeti özünün mənbələrinə istinadən yazıb ki, “Rus NATO-su” sayılan KTMT-yə üzv ölkələr arasında məxfi məlumatlar mübadiləsi məsələsində Paşinyan hökumətinə görə olduqca qəribə vəziyyət yaranıb.
“Məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiyanın təhlükəsizlik dairələri Ermənistanın Təhlükəsizlik Şurasının yeni katibi Armen Qriqoryana etibar etmədiyi üçün Ermənistanın Müdafiə Nazirliyi və Baş Qərargahı üçün nəzərdə tutulan məxfi informasiyaların Təhlükə Şurasından yan ötməsi  tələb olunub. Ki, həmin sənədlər Qriqoryanın əlinə keçməsin”.
*****
Xatırladaq ki, Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olan və “Putin, rədd ol!” etiraz aksiyasına qatılmış Armen Qriqoryan da hökumətin əksər üzvləri kimi, Qərbin, Amerikanın adamı sayılır. Bütövlükdə Paşinyan öz komandasını müstəsna olaraq qərbyönlü kadrlardan, “Sorosun uşaqları”ndan qurmaqla, Rusiyanın adamlarını isə kənarlaşdırmaqla onsuz da Moskvanın əsəblərıni sınağa çəkib.    

Bu fonda işğalçı Ermənistan və onun yeni rəhbərliyi ətrafında baş verənlər, Paşinyanın Brüssel səfəri ətrafında yaşanan gərginlik, İrəvan üçün, yumşaq desək, yaxşı gəlişmələr deyil. Ən əvvəl də o səbəbə ki, Rusiya Ermənistanın əsas silah tədarükçüsü olmaqla yanaşı, Azərbaycanla hərbi balansın yaradılmasında 1 nömrəli dövlət olaraq qalır.
Üstəlik, Moskva işğalçı ölkəyə silah-sursatı Azərbaycandan fərqli olaraq, dünya bazarı qiymətinə deyil, daxili baza qiymətinə, “su qiyməti”nə, çox vaxt da özünün ayırdığı ən aşağı kreditlə verir. Kasad Ermənistanın baha qiymətə başqa ölkələrdən nə silah almaq imkanı var, nə də bütövlükdə Rusiyanı bu sahədə əvəzləyəcək başqa dövlət.
İrəvan üçün Moskvadan üz döndərmək həm də  əsas təhlükəsizlik qarantından imtina anlamına gələcək ki, bunun da işğalçı ölkə üçün ağır nəticələrini hesablamaq gərək ki, çətin olmasın. Brüssel sammitinə isə sayılı günlər qalır...    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam