Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan Rusiyasız bir heçdir! -Rəsmi İrəvandan etiraf

Ermənistan Rusiyasız bir heçdir! - Rəsmi İrəvandan etiraf
Bu gün Ermənistanın bir dövlət kimi mövcudluğu və təhlükəsizliyinin qarantı Rusiyadır.

Yenixeber.org: Bu barədə Avropa turnesini başa vuran Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan “EU Observer”ə müsahibəsində deyib.
Onun dediklərindən aydın olub ki, Ermənistan avroatlantik əməkdaşlığa qoşulmaq istəyərdi. Lakin bu, kifayət qədər vaxt tələb edən prosesdir. Bu mənada, Mnaçakanyan təhlükəsizliyi təmin edən üçüncü tərəf - Rusiya olmasa, Ermənistanın Azərbayan və Türkiyənin gücü qarşısında aciz qalacağını etiraf edib.

“Bu gün Ermənistanın təhlükəsizliyini Rusiya təmin edir. Bu cür köməyi göstərməyə hazır olan başqası varmı? NATO-nun üzvü olmaq istəyən ölkələrə (Gürcüstan və Ukrayna) baxın. Onlar 10 ildir ki, növbədə dayanıblar. Amma biz təhlükəsizlik vakuumunda (boşluq) hətta 10 dəqiqə belə qalmağı gözə ala bilmərik. Azərbaycan və Türkiyə 27 ildir ki, Ermənistanı blokadada saxlayırlar. Bu, bizim təhlükəsizliyimiz üçün həyati təhdidlər yaradır", - deyə Ermənistan xarici işlər naziri vuğulayıb.

Qeyd edək ki, erməni və rus mediasında baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhəddindən çıxaracağı və ölkə sərhədlərinə nəzarəti daxili qoşunlara həvalə edəcəyi ilə bağlı məlumatlar yayılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam