Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Aİ vahid xarici siyasət kursundan imtina edə bilər

Aİ vahid xarici siyasət kursundan imtina edə bilər
Avropa İttifaqı (Aİ) Parlamentinin ən çox nümayəndəsi və nüfuzlu fraksiyası olan Avropa Xalq Partiyasının sədri Manfred Veber Avstriyanın baş naziri Sebastian Kurzu Aİ Şurasında xarici siyasət məsələləri üzrə qərarların qəbulu zamanı yekdillik prinsipindən imtina edilməsinə dair təklif irəli sürməyə çağırıb.
Yenixeber.org: İyulun 1-dən etibarən Aİ Şurasına sədrlik rotasiya qaydasına uyğun olaraq Bolqarıstandan Avstriyaya keçib. Vyana xarici siyasət sahəsi istisna olmaqla, Aİ ölkələrinin digər sahələr üzrə nazirlik şuralarının sektoral işini koordinasiya edəcək. Xarici siyasət məsələləri isə Aİ-nın bu sahə üzrə ali nümayəndəsi Federika Moqerininin səlahiyyətindədir.

Bu mənada Veberin fikrincə, xarici siyasət üzrə qərarların qəbulunda yekdillik prinsipindən imtina edilməsi Aİ-nı beynəlxalq arenada tamhüquqlu oyunçu edəcək yeganə imkandır.

“Bir neçə gündən sonra Donald Tramp və Vladimir Putin Helsinkidə görüşəcəklər. Və biz özümüzdən soruşmalıyıq: hələ də tərəfdaş olaraq qalırıq, yoxsa tamaşaçıyıq? Bu, qitənin güclü qalması üçün vacibdir. Əgər beynəlxalq səhnədə rol almaq istəyiriksə, Sebastyanı Aİ Şurasında yekdillik prinsipindən imtina edərək, əksər səs çoxluğuna keçməyə çağırıram”, - deyə Veber Strasburqda Avropa Parlamentinin plenar iclasındakı çıxışında deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam