Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

G7, NATO, AVROPA BİRLYİ…-Donald Tramp bu 3 nəhəngi çökdürmək istəyir?


Son dövrlər Birləşmiş Ştatlarla Avropa Birliyi arasında soyuq küləklər əsir. Prezident Donald Trampın Avropa liderlərinin etirazlarına baxmayaraq, beynəlxalq əhəmiyyətli bir neçə sazişdən çıxması, bunun ardından da Avropa Birliyi ölkələrindən polad və alüminium idxalına rüsum (polad üçün 25, alüminium üçün 10 faiz) tətbiq etməsi tərəflər arasında gərginliyi bir qədər də artırıb.

Yenixeber.org: Bir çox məsələlərdə vahid mövqedən çıxış edən “Böyük yeddilik” (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, Kanada, İtaliya) də artıq Trampın fərqli yanaşma və sürpriz qərarları ucbatından ortaq məxrəcə gələ bilmir. Hətta G7-nin ötən ay Kanadada keçirilən sammiti öncəsi bəzi ekspertlər birliyin dağılmaq ehtimalını gündəmə gətirmişdilər.

Sammit ərəfəsndə ultimativ bəyanatlar səsləndirən AB liderləri ABŞ-a işarə ilə bildirmişdilər ki, hansısa ölkənin dünya iqtisadiyyatına hegemonluğuna imkan verməyəcəklər. Fransa prezidenti Emmanuel Makron isə əlavə etmişdi ki, G7-nin 6 ölkəsi ABŞ-sız da böyük bazarı təşkil edir.

Avropalı liderlərin şübhələri özünü doğrultmuş və Tramp Kanada sammitində birgə bəyannaməni imzalamaqdan imtina edərək tədbiri pozmuşdu. Trampın bu addımına cavab olaraq Fransa hökumətindən “Beynəlxalq əməkdaşlıq əsəb və düşünülməmiş bəyanatlarla diktə edilə bilməz” ultimatumu gəlmişdi.

Ekspertlər deyir ki, bütün bunlar azmış kimi, ABŞ lideri indi də Avropa Birliyində bölücülük etməyə başlayıb. Söhbət, Donald Trampın Makrona səs-küylü təklifindən gedir.

“Washington Post” son saylarının birində yazıb ki, ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa Birliyindən çıxmağı təklif edib. Və bunun müqabilində Fransaya ikitərəfli ticarət müqaviləsi vəd edib. Tramp bildirib ki, bu razılaşmanın şərtləri AB-yə təklif olunandan daha sərfəli olacaq.

“Tramp və Makron ABŞ-la Avropa Birliyi arasında ticarətdən danışarkən birdən Tramp sual verdi: “Bəlkə Avropa Birliyindən çıxasız?”, – deyə “Washington Post” hökumətdəki mənbələrə istinadən yazıb.

Qəzet məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb. Ağ Evdən hər hansı şərh verməsələr də, xəbəri təkzib də etməyiblər.

“Washington Post” Trampın Makrona məlum təklifini NATO-dan sonra indi də Avropa Birliyini destabilizə etmək cəhdi kimi qiymətləndirib: “Tramp ölkə rəhbərliyinə gələndən sonra Avropa Birliyi və NATO-ya qarşı hücumlarındakı aqressivlik nəzərəçarpacaq dərəcədə artdı. Bu həftə Şimali Dakotadakı mitinqində Tramp dedi: “Əlbəttə ki, Avropa Birliyi ABŞ-dan üstün olmaq və pul qabımıza hücum etmək üçün yaradılıb”.

Tramp G7 sammitində bəyan etmişdi ki, NATO NAFTA (Şimali Amerika azad ticarət zonası sazişi) kimi, pisdir. Bu arada, Tramp ABŞ-la Kanada və Meksika arasında imzalanmış bu sazişi də ləğv edəcəyini bildirir.

“ABŞ liderinin Almaniya kansleri Angela Merkelə ən həssas dövrdə ictimai hücumları da təsadüf deyil. Tramp Avropa Birliyinə və NATO-ya məqsədli şəkildə qarşı gedir. Çünki nə Avropa Birliyinin gələcəyinə, nə NATO-nun gələcəyinə, nə də ABŞ-ın bu qurumlara sadiq qalacağına inanır”, – deyə qəzet yazır.

Ekspertlər Trampın məlum təkliflə məhz Makrona üz tutmasının təsadüf olmadığını deyirlər: “Makron siyasi Avropanın lideridir. Ola bilsin ki, Tramp məhz bu məqamı nəzərə alaraq ona müraciət edib. Tramp belə oyunlar oynaya bilir. Bu, ona xas olan bir şeydir. Lakin Avropa Birliyinin qurulmasının təşəbbüskarlarından biri Fransa olub. Ona görə də Trampın bu cür mesajları Fransanın əsas siyasi xəttini dəyişməyəcək. Tramp bu müraciəti edəndə Makrondan müsbət cavab gözləmirdi. Sadəcə oyun oynayaraq növbəti güzəştlərə nail olmaq istəyirdi”.

Bəzi müşahidəçilər isə Trampın Avropa Birliyi və Avropa İttifaqını dağıtmaq niyyətində olmadığını, sadəcə olaraq onları sözəbaxan quruma çevirmək istədiyini düşünür: “İstisna deyil ki, Tramp özünün seçkiöncəsi “America first” şüarlı proqramını həyata keçirir. Obyektiv yanaşsaq, soyuq savaşdan sonra Avropa Birliyi və NATO əsasən özü və avropalılar üçün çalışıb. Amerikalılara isə daha az fayda verib”.

Bu arada, 2017-ci ilin büdcəsində ABŞ-ın payı 22, Almaniyanın 14,6, Fransanın 10,6, Böyük Britaniyanın isə 9,8 faizdir. Ekspertlərə görə, məlum fərqə görə Tramp bu ölkələrdən xərcləri artırmağı tələb edir: “İstənilən halda ABŞ hökumətində heç kim Trampa NATO və ya Avropa Birliyini zəiflətmək planlarını gerçəkləşdirməyə imkan verməz”.

Hələlik görünən odur ki, Trampın məlum siyasəti Vaşinqtonu bütün müttəfiqləri ilə münaqişəli duruma salıb. Proseslərin necə inkişaf edəcəyini isə zaman göstərəcək…

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam