Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

AKP MHP-nin yaydığı məlumatı yalanladı

Ərdoğanın partiyası MHP-nin yaydığı məlumatı yalanladı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiyanın sözçüsü Mahir Ünal İYİ partiyasının rəhbəri Meral Akşənərə Ərdoğan administrasiyasında prezidentin köməkçisi (vitse-prezident) vəzifəsinin təklif olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Yenixeber.org: Anadolu agentliyinə verdiyi açıqlamada Ünal son günlər Türkiyə KİV-də Akşənərə Ərdoğanın köməkçisi postunun təklif edilməsilə bağlı iddiaların gəzməsinə münasibət bildirərək, belə bir ehtimalın ümumiyyətlə müzakirə mövzusu olmadığını vurğulayıb.

“Heç bir şəkildə, hansısa "prezident köməkçisi təklifi göndərilib" kimi bir vəziyyət gündəmə gəlməyib, bu haqda söhbət aparılmayıb. Gündəmimizdə belə bir müzakirə mövzusu yoxdur. Adətən, mətbuat və media orqanlarında bu cür xəbərlərin yayıldığını biz də görürük.” – deyə Ünal bildirib.



Bundan əvvəl İYİ partiyasının sözçüsü Aytun Çıray da prezident üsul-idarəsi sistemində Akşənərə Ərdoğanın köməçisi olmaq təklifinin göndərilməsinə dair yayılan iddiaların həqiqəti əks etdirmədiyini bəyan etmişdi. Akşənərin yaxın ətrafı isə, iddia olunan vitse-prezidentlik təklifi və Akşənərin bu təklifə müsbət reaksiya verməsilə bağlı şayiələrin Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvləri tərəfindən yayıldığını bildiriblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam