Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan Ordusunun may addımının səbəbi... -Savelyev

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamentinin qərarları nəhayət həyata keçirilməlidir.
Yenixeber.org: Bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş “Azərbaycan – Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” konfransının yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin qərarlarının reallaşdırılması üzrə səylərin intensivləşdirilməsi zəruri xarakter alıb:
“Müasir siyasi qeyri-sabitlik şəraitində həm Rusiya üçün, həm də Azərbaycan üçün ölkələr arasında əlaqələrin genişləndiriməsi və möhkəmləndirilməsi zərurətə çevrilib, çünki bizim dövlətlərimiz birlikdə Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyə qadirdir. Bu gün bütün regionda qeyri-sabitlik təhlükəsi yayan Ermənistanda baş vermiş hadisələr xüsusi aktuallıq kəsb edir”.
D.Savelyev vurğulayıb ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşı və bilavasitə qonşusudur, həmçinin Cənubi Qafqazın böyük və iqtisadi inkişaf etmiş dövlətidir.
Dövlət Dumasının rəsmisi əlavə edib ki, ATƏT-in Minsk Qrupunda məhz Rusiya Qarabağ problemini sülh yolu ilə həll etməyə səy göstərir, amma eyni zamanda Minsk Qrupunun digər üzvlərinin fəallığı təəssüf ki, kifayət qədər deyil:
“Beynəlxalq ictimaiyyət fəaliyyət göstərmədikcə Azərbaycan özü müəyyən addımlar atmaq məcburiyyətindədir. Biz hamımız 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və onun ətrafındakı strateji yüksəkliklərin işğaldan azad edildiyinin şahidi olduq”.(trend)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam