Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

SEÇKİDƏN SONRA İSRAİLLƏ ƏLAQƏLƏR BƏRPA OLUNACAQMI? –"Erməni soyqırımı" barədə qətnamə Ərdoğana artıq ümid bəslənilmədiyini göstərir - TƏHLİL


 

Herb Keynon

“Jerusalem Post ”

 

Qəzzalılar bayram atəşfəşanlığı edib və Fələstinin dövləti başçısı Mahmud Abbas, yəqin ki, təbrik ismarışı göndərəcək, lakin bazar günü keçirilən seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və partiyasının qələbəsi ilə bağlı İsraildə heç bir sevinc hissi yoxdur.

Yenixeber.org: İsrailə qarşı sərt ifadələr səsləndirən və “HƏMAS”ı dəstəkləyən Ərdoğan seçkilərə bir ay qalmış İsrailin Türkiyədəki səfirini qovaraq, İsrail-Türkiyə münasibətlərini ən aşağı səviyyəyə endirib.

İsrail də Ankaranın Qərbi Şəriyyə və Qəzza ilə əlaqələrdə məsuliyyət daşıyan Qüdsdəki Türkiyə konsulunu “müvəqqəti olaraq” ölkədən çıxarıb.

Türkiyə Şərqi Qüdsdəki qurumlar və islamçı təşkilatlarının cibinə xeyli miqdarda pul töküb və Qəzzaya yardım üçün baş konsuldan istifadə edib.

Ərdoğanın İsrail səfirini qovmasını seçki ərəfəsi xal toplama kimi yozanlar olsa da, Qüdsdə az sayda adam bu kampaniyanın artıq başa çatdığını düşünür. Doğrudur, o, seçilmə perspektivlərini artırmaq üçün İsrail əleyhinə mövqeyindən tez-tez yararlanıb və iki ölkə arasındakı əlaqələr sonradan əhəmiyyətli şəkildə inkişaf edib.

İndi əsas sual budur: İsrail nə etməlidir?

Ərdoğanın iqtidarı əbədi davam etməyəcək deyə, ölkələr arasındakı iqtisadi, işgüzar və mədəni əlaqələrin hələ də mühüm və əhəmiyyətli olduğunu düşünərək, Türkiyə ilə münasibətdə qurtarıla biləcək şeyləri xilas etməyə çalışmalıdırmı? Yoxsa Türkiyənin adını zərər siyahısa yazmalı, bir zamanlar olduğu kimi, İsrail üçün strateji baxımından əhəmiyyətli saymamalıdır?

İsrail bu məsələyə hansı istiqamət alması “erməni soyqırımı”nı tanıyan qətnamənin Knessetdə müzakirə ediləcəyi gün – iyunun 26-da bilinəcək. Bu təklif əvvəllər gündəmdə idi, lakin iyunun 25-də onun sabahkı gündəliyə salınıb-salınmayacağı hələ bəlli deyildi.

Baş nazir Benyamin Netanyahu bu ayın əvvəlində Ərdoğana seçkilərdə kömək etməmək üçün qanun layihəsinin müzakirəsini təxirə salma barədə Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə razılaşıb.

Layihənin daha uzaq müddətə təxirə salma qərarı İsrailin gözləmə mövqeyidir: seçkilərin sona çatmasından sonra Ərdoğan səfirin qovulmasına qədərki əlaqələri geri qaytarmaq istəyirmi…

Regional Xarici Siyasət İsrail İnstitutunun – MİTİM-in rəhbəri və Qüds İvrit Universitetində Yaxın Şərq Tədqiqatları üzrə məruzəçi Nimrod Qoren İsrailin seçkisonrası hələ bir neçə ildə Ərdoğanla müzakirəyə girməli, eyni zamandfa, seçkilərin üst səviyyədə dəyişiklik meydana gətirə biləcəyinə ümidinin yanlış olduğunu söyləyib. “Beləliklə, məqsəd Ərdoğan və onun hökuməti ilə  işgüzar əlaqələri saxlamaq olmalıdır”.

“Ərdoğanın təcavüzkar mövqeyinə baxmayaraq, iki ölkə birlikdə işləmək və keçmişdəki kimi, iqtisadi maraqları inkişaf etdirmək üçün bir yol tapmalı, bu işi davam etdirməlidir”.

Qorenin fikrincə, Türkiyə ilə olan münasibətlər İsrail üçün əhəmiyyətli strateji əlaqələrdir, Türkiyə 1949-cu ildən bu yana İsraillə əlaqəsi olan böyük müsəlman ölkədir. “İsrailin bu bölgədə başqa ölkələr üçün mövcud deyil”. Ancaq İsrail ayıq olmalıdır, çünki Türkiyə ilə Qəzza, Qüds və fələstinlilər arasındakı əlaqələr yox olmayacaq və fələstinlilərlə bağlı böhran və ya hər hansı bir gərgin vəziyyətdə Ərdoğan “fərqli davranmayacaq”.

Eyni zamanda, Qoren deyib ki, Ərdoğanla İsrail arasındakı böhranı çox da dərinləşdirməmək üçün diqqətli olacaq, iqtisadi əlaqələri dondurmamaqdan ötrü hərəkət etməyəcək.

O, həmçinin səfirin qovulmasına baxmayaraq, əlaqələrin azalması barədə heç bir rəsmi bəyannamənin olmadığını qeyd edib.

Ritorika 2008-ci ildə, Qəzzadakı “Qurğuşun əritmə” əməliyyatından bəri kəskin olsa da, Qorenin fikrincə, ölkələr arasında əhəmiyyətli iqtisadi əlaqələr var. “Türkiyə ilə əlaqələr qorunmalıdır və Ərdoğana qarşı bütün qəzəbə baxmayaraq, Türkiyə uzun illər eyni iqtidarın qalacağı mühüm ölkədir. Vəziyyətin bərpa edilməsi üçün İsrail Türkiyə ilə digər ünsiyyət kanallarını meydana gətirməyə çalışmalıdır”.

Ancaq Qüds Strateji Araşdırmalar İnstitutunun və Təl-Əviv Universitetinin əməkdaşı Emmanuil Navon bu rəylə razılaşmır. Onun fikrincə, seçkilərdən sonra Ərdoğan “HƏMAS”-ı açıq şəkildə dəstəkləməyə və “İsrailə qarşı çox haqsız bəyanatlar” səsləndirməyə davam edəcək. “Münasibətlər pisləşməyə davam edəcək, israillilər Yunanıstan və Kiprlə əlaqələrində həqiqətən daha da yaxşılaşdırmalıdırlar”.

Ərdoğanın əlaqələrin daha da pisləşməsində maraqlı olduğunu deyən Navon əlavə edib: “O islamçıdır, xarici siyasəti islamçıdır, İranı dəstəkləyir, “HƏMAS”-ı dəstəkləyir, İsrail və yəhudilərə dərin nifrət bəsləyir və bunu beynəlxalq səviyyəyə çatdırıb, çünki onu müsəlman dünyasının lideri halına gətirib”.

Navon 2002-ci ildə seçildikdən sonra Ərdoğanın ABŞ-ın İraqın işğalı üçün Türkiyədəki bazadan istifadəyə mane olduğunu xatırladıb. “Bu, onu ərəb-müsəlman dünyasında qəhrəman edib və onu lider mövqeyinə gətirib”. Navonun sözlərinə görə, Ərdoğan bu günə kimi eyni siyasəti yürüdür.

“İsrailə qarşı daha çox təcavüzkar olduqca, müsəlman dünyasında ABŞ və İsrailə müqavimət göstərən yeganə lider kimi görünür”. Navon deyir ki, bu, ərəb-müsəlman ölkələrində onun nüfuzunu artırır.

Navon, Ərdoğanı təqib etmək əvəzinə, İsrailin təbii qazını Türkiyə yox, Kipr və Yunanıstana çəkiləcək boru xətti vasitəsilə nəql edəcəyini açıqlamalıdır. O, həmçinin İsrailin Konqresin “erməni soyqırımı”nı tanıması üçün Vaşinqtondakı nüfuzundan istifadə etməli olduğunu bildirib.

“1990-cı illərdə Türkiyənin İsrailə yaxınlaşmasının səbəblərindən biri ABŞ-da İsrail lobbisini Konqresin “erməni soyqırımı”nı tanımasını dayandırılması üçün istifadə etmək idi. İndi bu kartı istifadə etməliyik və ona bildirməliyik ki, əgər körpüləri yandırmaq istəyirsə, bu siyasət ona baha başa gələcək”.

Navon əlavə edib: “İsrail güclü iqtisadiyyatı olan ölkədir. ABŞ və digər yerlərlə güclü əlaqələri olan geosiyasi oyunçudur. Biz artıq 1960-cı illərdə deyilik və bunu anlamaq vaxtıdır”.

“İsrailin Türkiyəyə ehtiyacı varmı” sualını Navon sualla cavablandırıb: “Nə ehtiyac?”

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam