Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Tramp ABŞ “dərin dövləti”nin qurduqlarını dağıdır?

 ABŞ özünü artıq dünyada sülhün, əmin-amanlığın, demokratiya və insan hüquqlarının cavabdehi kimi göstərmək istəmir.
Yenixeber.org: Bu sözləri politoloq Əhəd Məmmədli ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu təşkilatları vaxtı ilə ABŞ qurub:
“Ona görə ABŞ-ın bu təşkilatlardan imtinası qeyri-mümkündür. Bu, sadəcə, növbəti Tramp şousudur. Tramp istəsə də, o təşkilatardan imtina edə bilməz. Çünki Tramp təkbaşına Amerikanı idarə etmir. Həmin təşkilatları Amerikanın dərin dövləti qurub. Bu cür təşkilatların vasitəsilə ABŞ bütün dünyaya təsir edir”.
Politoloq vurğulayıb ki, Tramp bu addımı ilə Amerikanın artıq heç nəyə cavabdeh olmadığı mesajını verir:
“Tramp üçün onsuz da demokratiya, insan hüquqları əsas deyil. Tramp demokrat deyil, biznesmendir. Amerika prezidentlərinin birinin dediyi kimi, zatən ABŞ-ın işi də həmişə biznes olub. Sadəcə, indi Tramp bunu verdiyi qərarlar, atdığı addımlarla açıq göstərir. Bu addımla yeni dünya düzəni qurmaq olmaz. Amma dünya XIX əsr düzəninə qayıdır. Keçmişdəki kimi artıq dünyada bir və iki qütb olmayacaq. Bir neçə qütb olacaq. ABŞ istəsə də, istəməsə də, dünya buna gedir”.(axar.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam