Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SURİYADA RUSİYA-ÇİN RƏQABƏTİ VARMI? –Yenidənqurma layihəsində toqquşan maraqlar - TƏHLİL


Şəhab əl-Məkahlə

“Əl-Ərəbiyyə”

 

Aralıq dənizinə çıxmaq üçün Çin və İranın cəhdlərinə son qoyan Suriyadakı yeddi illik müharibədən sonra Rusiya 400-500 milyard dollar dəyərində olan Suriyanın yenidənqurma prosesinin növbəti mərhələsini planlaşdırmağa başlayıb.

Yenixeber.org: Suriyaya müdaxilə Rusiya üçün dəyəri milyardlarla ölçülən maliyyə hesabına başa gəlsə də, Çin hökuməti heç zaman tələsik qərar verməyib, müharibənin nəticəsini gözləmə mövqeyi tutub, çünki əminliyi vardı ki, yenidənqurma prosesində mütləq pay alacaq.

Amma əslində, Suriyada Çin-Rusiya rəqabəti yoxdur; İranla bağlı Rus-Çin rəqabəti var.

Suriyada Rusiya, Çin və Qərb ambisiyalarına maneə İran və digər qoşunların varlığıdır.

Çin, İran, Rusiya Suriyanı Yaxın Şərq-Avropa-Asiya-Afrika qovşağında strateji mərkəz hesab edir. Pekin Suriyadan başlayaraq yalnız Asiyada deyil, dünyanın digər yerlərində də genişlənməyə və iqtisadi fayda qazanmağa hazırdır.

Suriya müharibəsi demək olar ki, son mərhələdədir, indi Suriyanın yenidən qurulması məsələsi müzakirə olunur. Rusiya və Çin bu proses çərçivəsində ən qısa müddətdə Suriyadakı sabitlik və sülhdən faydalanmağa çalışır. Həm Moskva, həm də Pekin Qərb ölkələrinə Suriyadakı vəziyyətin sabit və təxminən 500 milyard dollar dəyərində olan rekonstruksiya prosesini başlatmaq üçün təhlükəsiz olduğuna inandırmağa çalışır.

Bu, əlbəttə, İranın nüfuzu artarkən, əldə edilə bilməz. Lakin Rusiyaya yenidənqurma prosesi ilə bağlı Qərblə danışıqlar aparmaq üçün İran kartından istifadə edir. Moskva Suriyadakı İran qoşunlarının və məsləhətçilərinin strateji varlığını azaltmaq potensialına malikdir, çünki ruslar müharibə gedən ölkədə ən güclü qüvvədir.

Bu yaxınlarda Rusiya digər ölkələrin Suriyanın yenidənqurma prosesini başlamaq üçün hazır olmasını tələb edib. Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoygu da başqa ölkələri humanitar yardım və ölkə infrastrukturunun yenidən qurulması prosesində iştirak etməyə çağırıb.

Deməli, 2015-ci ilin sentyabr ayında Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra bölgədə və əsasən Suriyada təhlükəsizliyin yalnız razılaşdırılmış səylər nəticəsində əldə edilə bilər.

 

Maddi resurslar

 

Suriyadakı müharibə və Rusiya ordusunun xərcləri hərbi büdcənin çox hissəsi tükətməsə də, Rusiya hökuməti üçün maliyyə qaynaqlarında əhəmiyyətli itkilərə səbəb olub.

Bu, ruslar üçün ağır yükdür. Buna görə də, Moskva Suriyanın yenidənqurulması prosesində iştirak etmək üçün digər ölkələri dəvət etməyə başlayıb.

Suriya hökumətinin üç əsas müttəfiqi: Rusiya, Çin və İran nəzərə alınmaqla, ruslar Suriyada aslan payı almaq istəyirlər. Ancaq iranlılar Aralıq dənizinə dəhliz açmağı planlaşdırır, Çin isə öz İpək Yolu layihəsini asanlaşdıran Suriyada daha yaxşı iqtisadi və strateji varlığa sahib olmaq niyyətindədir.

Rusiyanın və Çinin əsas diqqət mərkəzi enerji, telekommunikasiya və nəqliyyat sahələrinə yönəlib, Körfəz ölkələri daxil olmaqla, regionda infrastruktur layihələri ilə başlayacaq.

Moskva və Pekin Suriyadakı fəaliyyətlərində uğur qazanmaq üçün başlıca baryeri aradan qaldırmalıdır: İran. Bu, Moskvanın Suriyadan xarici qoşunların çıxarılmasına çağırış etdiyi zamandan aydın olub. Doğrudur, həmin çağırış həm də ABŞ və Türkiyəyə aiddir.

Suriya hökuməti Rusiya şirkətlərinə prioritet verəcəyini söyləsə də, Çin də prosesi maliyyələşdirəcək. Aprel ayının ortalarında Suriya hökuməti 400 milyard dollarlıq yenidənqurma xərclərini təxmin və yenidənqurma prosesinin 15 il davam edəcəyini açıqlayıb.

 

Suriyanın yenidən qurulması

 

Ancaq Pekin Suriyanı yenidənqurmasını İpək Yolu ilə davam etmək və Aralıq dənizinə daha çox iqtisadi və siyasi gücə sahib olmaq üçün ikiqat fürsət axtarır. Amma 2015-ci ilin sentyabr ayından etibarən Rusiya Suriyadakı əməliyyatlara təxminən 4, İran isə 24 milyard dollardan çox xərcləyib. Həm Rusiya, həm də İranın maliyyə resurslarının tükənməsi ucbatından, Qərb ölkələrinin də büdcəsində böyük maliyyə böhranı olduğu üçün, Çinə münbit zəmin açılacaq.

Çinli iş adamları ötən ilin aprel ayında suriyalı həmkarları ilə danışıqlara başlayıb. Həm Suriya, həm də Çin beş il ərzində ticarət dövriyyəsinin 2 milyarddan 30 milyard dollaradək artacağını gözləyir.

2018-ci ilin əvvəlində Çinin böyük nümayəndə heyəti Hums vilayətinə səfər və rekonstruksiya müqavilələri, kommunikasiya və texnologiya razılaşmalarını təmin edən investisiyaların artırılması məsələsini müzakirə edib. Hazırda Pekin Suriyanı Vaşinqtona iqtisadi cəhətdən daha çox təzyiq göstərmək fürsəti sanır.

İrana gəlincə, yenidənqurma məsələsində Rusiya-İran münaqişəsi səhnəyə çıxıb. Hökumətə yaxın olan aparıcı İranın KİV-ləri belə məsələni açıq müzakirəyə çıxarır. Bəzi şərhçilər Suriya hökumətinin ruslarla razılaşmasının İran şirkətlərini yenidənqurma prosesindən kənarlaşdırdığını söyləyərək məyusluğu dilə gətirib.

Rusiya bilir ki, Qərb ölkələri və Körfəzi ölkələri yalnız sərfəli şərtlərlə Suriyanın yenidənqurma prosesinə qoşula bilər. İranın Suriyadan xaric edilməsi mümkün olmadığı təqdirdə, bu mümkün deyil. Həm də Rusiya İsrailin təhlükəsizliyini nəzərdən qaçıra bilməz. Bu, İranın Suriyadakı mövcudluğunu minimuma endirir və Rusiyanın nəzarətini artırır.

 

Tərcümə: Strateq.az  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam