Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tansu Çillər sükutu pozdu:"Bu yolla probelm həll olunmaz, çətin bir mərhələdəyik”



Türkiyənin sabiq baş naziri Tansu Çillər 24 iyunda keçiriləcək prezident seçkiləri barədə proqnoz verməkdən çəkinib.

Yenixeber.org: Uzun müddət mətbuata danışmayan Tansu Çillər CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə tərəfindən “1990-cı illərin simvolu”adlandırılmasından sonra sükutu pozmaq qərarına gəlib.

Tansu Çillər bildirib ki, koalisiya hökuməti çətin durum yaradır və bunu siyasi həyatında şəxsən yaşayıb:

“Mən bir çox koalisiya hökuməti qurdum. Hörmətli Erdal İnönü, Qarayalçın və Hikmət Çətinlə, Dəniz Baykalla. Hər biri hörmətli insanlardır. Biz özümüz uzlaşırdıq, ancaq bu uyğunlaşma parlamentdə baş tutmurdu. Mən sadəcə koalisiyanın nə qədər çətin olduğunu deyirəm. Bu yolla Türkiyənin problemlərini həll edilməz”.

Çillər seçkilərlə bağlı təxminlərini açıqlamayıb: “Beyinlər qarışıqdır. Yeni sistem qurulur, tərəflər çoxdur. Təxmini nəticə demək çətindir. Seçkilərdən sonra hakimiyyətin necə formalaşacağını anlayan yoxdur. Çətin bir mərhələdəyik”.

1990-cı illərdə baş nazir olduğu dövrlə bağlı açıqlama verən Tansu Çillər deyib ki, etdiyi hər şeyin doğru olduğu iddiasında deyil: “Çox gəncdik, idealist idik. Bir çox şeyi qısa zaman içində həyata keçirmək istərkən qarşımda çox geniş cəbhə gördüm. Çox geniş kampaniya və təzyiqlərlə üz-üzə qaldım”.

Xatırladaq ki, sabiq baş nazirin seçki kampaniyası çərçivəsində AKP-nin mitinqində iştirak etməsi CHP tərəfindən kəskin tənqid edilib/Teleqraf.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam