Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

İRANIN SURİYADA ÜÇ ÇƏTİN SEÇİMİ:Rusiya diplomatik təşəbbüsünü gerçəyə çevirə biləcəyini isbatlanalıdır - TƏHLİL


Bilal Y. Saab

“The American Interest”

 

“Ərəb baharı”ndan İŞİD-in doğuşuna və dörd vətəndaş müharibəsindən Körfəz böhranınadək müasir tarixində Yaxın Şərq heç vaxt bu qədər çarəsiz olmayıb. ABŞ diplomatiyasının felən yoxluğu dövründə bölgənin geniş miqyaslı müharibədən yayına bilməsi möcüzədən başqa bir şey deyil.

Yenixeber.org: Amma bu bəxt zolağı uzun müddət davam edə bilməz. İŞİD keçən il məğlubiyyətə uğradıqda, Suriyadakı vətəndaş müharibəsi regional dövlətlər üçün döyüş meydanına çevrildi, dövlətlərarası müharibə riski artdı. Cənubi Suriya – bu riskin qaldığı yerdir. Artıq rəqiblər – İsrail və İran ölkənin bu hissəsində bir-birinə çox yaxın fəaliyyət göstərir və asanlıqla alışa biləcək hərbi böhrana doğru gedirlər.

İsrail İranı şimal-şərq küncündən və nəticədə bütün Suriyadan uzaqlaşdırmaq istəyir. Digər tərəfdən, İran Əsəd rejimini xilas etmək, Suriyada və bölgədəki strateji maraqlarını bir araya gətirmək üçün çoxlu qan və vəsait sərf edərək, məkandan ayrılmaqda əsla maraqlı görünmür.

Tehranı əməkdaşlığa məcbur etmək üçün İsrail hərbi vasitələrə əl atır, İran və “Hizbullah”ın hədəflərini dəfələrlə bombalayıb. Lakin İran Suriyada yaralarını yalamayıb, 1973-cü ildəki Yom Kippur müharibəsindəki kimi, Colan Təpələrindəki İsrail mövqelərinə zərbə endirib.

Suriyada ən güclü oyunçu olan Rusiya idarədən çıxan şeylərin qarşısını almaq üçün diplomatik həmləyə başlayıb: İsrail Əsəd ordusuna cənubda maneə törətməyib, əvəzində İranın bölgədən qüvvələrini çıxarmasını istəyib. Moskva hətta özü istisna edilməklə, İran, “Hizbullah”, Türkiyə və Birləşmiş Ştatlar da daxil olmaqla, bütün xarici qüvvələrin Suriyadan çıxarılmasını təklif edib.

Rusiyanın təşəbbüsündə fayda var, çünki Suriya münaqişəsinin ən partlayıcı dinamikasını – İranla İsrail arasında qarşıdurmanı müvəqqəti olaraq sakitləşdirə bilər. Ancaq bir əsas tərkib hissəsi yoxdur: İranın ipə-sapa yatması.

Məlum deyil, Moskva İsraillə anlaşma əldə etməzdən əvvəl Tehranla məsləhətləşibmi?.. Ancaq hətta bunu ehtimal etsək belə, Tehranın cavabının müsbət olduğunu düşünmək çətindir.

İsrail bilir ki, Rusiya, hərbi birlikləri və vəkilləri bütün Suriyaya yayılmış İrana öz meylini sırıya bilməz. Rusiya hətta İsrailin işğal etdiyi Colan Təpələrindəki atəşkəs xəttinin 60-70 kilometr şərqinə nəzarət etmək üçün İranı öz qüvvələri geri çəkməyə razı sala bilsə belə, İsrail hələ də Rusiyanın bu rejimi tətbiq edə biləcəyinə şübhə ilə yanaşır.

İrana gəlincə, Rusiyanın vasitəçiliyi önəmlidir, amma Tehranın qərarı özü üçün daha əhəmiyyətlidir.

İranın üç əsas variantı, hər birinin öz üstünlükləri və narahatları var: birincisi, Rusiyanın təklifi görməməzliyə vurulur və status-kvo saxlanılır; ikincisi, Suriyanın cənubundakı bütün qüvvələrini geri çəkir, amma başqa yerlərdə varlığını artırır; üçüncüsü, Suriyadakı hərbi infrastrukturunu söküb, İraqda olduğu kimi, suriyalı vəkillər vasitəsilə işləyərək, Livan “Hizbullah”ının modelini / surətini yaradır.

İlk variant İranı hər hansı bir öhdəlikdən azad edir, amma bu, Rusiyadan uzaqlaşmaq və İsraillə böyük toqquşma riski doğurur. Bu, prezident Donald Trampın rəhbərliyi ilə İranı cəzalandırmaq üçün bəhanə axtaran Vaşinqtonun hərbi iştirakı ilə nəticələnə bilər. Belə bir şəraitdə Tehranın Suriyadakı qüvvələrinə qarşı İsrail təcavüzünə məruz qalar, o hələ də müharibədən yayınmağa cəhd edə və “Hizbullah” və “Həmas”ın Livanda və Qəzzada hərbi gərginliyi azaldacağına ümid edə bilər.

Ancaq çəkindirmə uğursuz ola bilər, əlbəttə, əgər İsrail tempi, əhatə dairəsini və hücumlarının ölümcüllüyünü artırsa, onda İİKK rəhbərliyi Suriyadakı bütün varlıqlarını itirəcək.

İkinci seçim İsrailin qəzəbinə sədd ola bilər, amma İranın danışıq əlini zəiflədər və problemi İsrailin perspektivindən həlledilməz duruma gətirər. Onsuz da İsrail Suriyada istənilən İran hərbi quruluşuna dözməyəcəyini söyləyib. Bu da İranın Suriyadakı əməliyyatları və vəkilləri mövcud olduqca hücumların dayanmayacağı mənası verir.

Bütün məqsədlərinə çatana qədər məmnun olmayacaq bir düşmən qarşısında geri çəkilmənin faydası yoxdur. İsrailin məqsədi maksimalistdir və müzakirə oluna bilməz. Bu halda Tehran yerində möhkəm duracaq və İsraili, bir növ, kompromisə məcbur edəcək.

Üçüncü seçim İsrailin bütün tələblərini yerinə yetirməklə, onunla müharibə riskini faktiki olaraq aradan qaldıracaq, ancaq İranın Suriyadakı qüdrətini gücləndirməsi və bütün əlavə faydaları, o cümlədən əlavə strateji cəzalandırma da daxil olmaqla, bütün ümidlərini yox edəcək. İran Suriyadakı yumşaq gücü ilə təsirini davam etdirmək üçün bir vasitə kimi inkişaf etdirməyə çalışacaq, lakin əsgər çəkməsi olmadan, bu, çoxa çətindir.

Suriyadakı hərbi gücdən məhrum olma (“Hizbullah”ın Livanda etdiyi kimi) Tehranın xaricdə fəaliyyət göstərən proksi qüvvə qurmaya dair səylərini dayandıracaq, həm də bu, Əsədin nəfinə olacaq. İranlı qüvvələr, maliyyə, təlim, silahlanma və prozelitizasiya olmadan sünni əksəriyyətli Suriyada (Əsədin iqtidarda qalmasını nəzərdə tutan) ələvi hakimiyyəti yaratmaq mümkün deyil. Nəhayət, Suriyada hərbi gücün yoxluğu rejimin Suriyada belə iddialı məzhəb layihəsini maliyyələşdirəcəyi iqtisadiyyata qapı bağlayır.

İranın Suriyadakı hərbi varlığına nə qədər strateji dəyər verdiyini bildiyimiz üçün onun hansı seçimi edəcəyini bilmirik. Tehranın davranışının müxtəlif nümunələri var, bəzən o, Tehran praqmatik, xarici siyasətində rasional olur. Amma ideologiyanın praqmatizmdən üstün durumları da yox deyil. Bəlkə də İsraillə mübarizədə bütün digər düşüncələr baş qaldıracaq.

İranın qərarı həm də müsbət stimulların mövcudluğu (və ya yoxluğu) ilə bağlıdır. Əməkdaşlıq qarşılığında heç bir şey təklif edilmədiyi təqdirdə, o, məntiqsiz olaraq irəli atılacaq. Digər tərəfdən, danışıqlar üçün yeri var, əlbəttə, Əl-Tanfdakı Amerika hərbi bazası müqabilində İranın güzəştə getməsi daha məqsədəuyğun olardı.

İsrail Suriyadakı qırmızı xətlərini nəzərə alaraq danışıqlar qapısını bağlayıb (Onların hamısı İran və “Hizbullah”ın hər cür hərbi varlığını qadağan edir). Əlbəttə, bu, İsrailin qanuni tələbidir, çünki İranın öz ərazisindən kənarda və İsrailin şimal-şərq sərhədində yerləşən qoşunları və uzun məsafəli raketlər yerləşdirməsi faktdır. İsrailin Suriyada daha real məqsədləri var, bu da həll prosesinin perspektivlərini azaldıb.

Əsəd 4 və 5-ci zirehli bölmələrinə Dəraa və ətraf ərazini – İsrail ilə sərhəddə olan bölgəni geri qaytarmaq üçün əmri verib. İran Rusiya və İsrailin istəklərinə qarşı çıxarsa və Suriya ordusunun tərkibinə öz adamlarını yerləşdirsə, bu, Tehranın Rusiyanın təklifini rədd etməsini bildirir. Əgər bölgədən uzaqlaşarsa, istəksiz olsa belə, deməli, bu, sövdələşməyə işarədir. Ancaq istənilən halda, Rusiya da İsrail, ABŞ və İordaniyaya diplomatik təşəbbüsünü reallıqla çevirə biləcəyini sübut etməlidir.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam