Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"İran nüvə sazişinə göstərilən dəstəyə görə Rusiyaya və Çinə minnətdardır"

 İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) göstərilən dəstəyə görə Rusiyaya və Çinə minnətdardır və Moskva ilə Pekinin səylərini alqışlayır

Yenixeber.org: Bunu İranın prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları şurasının geniş tərkibli iclasında çıxış edərkən deyib.
H.Ruhani bildirib: "Mən BHFP-yə dəstəyə görə Rusiya və Çinə təşəkkür etmək istərdim, mən sizin səylərinizi alqışlayıram".
İran prezidenti vurğulayıb ki, ABŞ-ın digər ölkələrə öz siyasətini yeritmək səyləri - hamı üçün təhlükədir: "Belə birtərəfli yanaşma nümunəsi bu yaxınlarda ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasıdır. Halbuki İran BHFP çərçivəsində bütün öhdəliklərini yerinə yetirib və MAQATE 11 məruzəsində bildirib ki, İran nüvə sazişinin bütün şərtlərinə tam əməl edir".
H.Ruhani xüsusi vurğulayıb ki, nüvə sazişinin bütün tərəfləri BHFP-yə uyğun olaraq üzərinə götürdüyü bütün öhdəliklərin həyata keçirilməsinə görə cavabdehdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam