Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paşinyandan həyasız iddia:“İlham Əliyevlə görüşməyə hazıram, danışıqlarda Qarabağ da olmalıdır”

 

 Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib.

Yenixeber.org RİA-ya istinadən bildirir ki, Paşinyan tanınmamış separatçı “Dağlıq Qarabağ Respublikasının” danışıqlar prosesində işitirak etməsini israr edib.

“Arzulasam da mən Qarabağ xalqı adından danışıqlar aparmaq mandatını özümə götürə bilmərəm. Bunun üçün nə hüquqi, nə siyasi, nə də mənəvi əsaslar var” –deyə baş nazir parlamentin növbədənkənar iclasında çıxışı zamanı bildirib.

Daha sonra Paşinyan iddia edib ki, “Qarabağ xalqının  “öz hakimiyyəti” var və danışıqlarda Qarabağı təmsil edə bilərlər.

Bununla yanaşı Paşinyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Minsk Qrupu çərçivəsində danışıqlar aparmağa hazırdır. O, əvvələr əldə olunmuş bir sıra razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam