Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sergey Şoyqudan müdafiə nazirlərinə Suriya təklifi

Şoyqudan müdafiə nazirlərinə Suriya təklifi
MDB ölkələri müdafiə nazirləri Şurasının bu gün keçirilən iclasında Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Suriya Ərəb Respublikasının böyük hissəsi İŞİD terrorçularından təmizlənib. Digər terror qruplaşmalari ilə silahlarını təhvil vermələri barədə danışıqlar aparılır.
Yenixeber.org: Rusiya müdafiə nazirinin sözlərinə görə, terrorçuların xilafət yaratmaq planları tam sıradan çıxarılıb və hazırda Suriyanın vahid və bölünməz dövlət kimi yenidən dirçəlməsi, ölkədə siyasi nizamlanma üçün lazım olan bütün şərait yaradılıb.

Bu mənada Şoyqu MDB müdafiə nazirlərinə Suriyanın yenidən bərpasında iştirak etməyi təklif edib. Bidirib ki, yalnız birgə səylər nəticəsində regionda təhlükəsizliyi təmin etmək mümkündür.

Rusiya müdafiə nazirinin MDB üzrə həmkarlarına etdiyi bu təklifə Suriya ərazisinin minalardan təmizlənməsi, de-eskalasiya zonalarına birgə nəzarət və asayişin birgə qorunması, humanitar dəstək verilməsi və dağılmış infrastrukturun bərpası daxildir.

Qeyd edək ki, Suriyada ümumi vəziyyətin nisbətən normallaşmasına baxmayaraq, terror birləşmələri hələ də ölkənin müxtəlif yerlərində partlayışlar törədirlər. Ən son partlayış isə Rakka şəhəri yaxınlığında yerləşən ABŞ-Fransa hərbi bazası yanında baş verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam