Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Çavuşoğlu Pompeo ilə görüşdü -Gündəm Gülən və Menbiç

Çavuşoğlu Pompeo ilə görüşdü - Gündəm Gülən və Menbiç
Amerikada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Yenixeber.org: “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hazırda davam edən görüş ABŞDövlət Departamentində keçirilir. İkitərəfli iclasın keçiriləcəyi otağa girərkən Çavuşoğlu ilə Pompeo jurnalistlərə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Pompeo ilə görüşmək üçün Çavuşoğlu dünəndən Vaşinqtona səfər edib. Bu günkü danışıqlarda Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu birləşmələrindən təmizlənməsi, Fətullah Gülənin ekstradisiyası, iki ölkə arasında S-400-lərlə bağlı yaranan gərginlik və digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Görüşdən əvəl Çavuşoğlu bildirib ki, Türkiyə Suriyanın bölünməsinə yönələn bütün səyləri rədd edir. Həmçinin vurğulayıb ki, amerikalı həmkarı ilə bu günkü danışıqlar müsbət yekunlaşsa, görüşün ardınca Menbiçlə bağlı əldə olunana razılaşmanın icrasına başlanacaq ki, bu da hər iki ölkə üçün dönüş nöqtəsi ola bilər.

Qeyd edək ki, Türkiyə KİV-lərində Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun mərhələli şəkildə 1 ay ərzində PKK-nın Suriya qolu olan PYD-YPG terrorçularından təmizlənməsi planının işə salınacağına dair məlumatlar yayılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam