Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Avropa Trampın qoyduğu şərtlərlə razılaşmır

Avropa Trampın qoyduğu şərtlərlə razılaşmır
ABŞ prezident administrasiyası Avropa İttifaqı (Aİ) ilə ticarət məsələləri üzrə məsləhətləşmələr zamanı təklif edib ki, Aİ polad və alüminium ixracını müxtəlif yollarla 10% azaltsın.
Yenixeber.org: Bu məlumatı məsləhətləşmələrdə iştirak edən Polşanın sahibkarlıq və texnologiylar naziri Yadviqa Emileviç təsdiqləyib.

Onun sözlərinə görə, Vaşinqton Brüsselə 2 təklif ünvanlayıb: kvotanı 2017-ci illdəABŞ-a ixrac etdikləri polad və alüminium məhsullarının 90%-i həcmində müəyyənləşdirsinlər, yaxud da həmin metalların ixrac həcmini 10% azaltsınlar.

Amerika KİV-ləri administrasiyadakı mənbələrinə istinadən bildirirlər ki, Aİ 2017-ci ildəki ixracatın 90%-i həcmində kvota tətbiq edilməsini qanunsuz hesab edir. Həmçinin qeyd olunub ki, Aİ-nın bu cür tədbirlə barışmaq niyyəti yoxdur.

Xatırladaq ki, martın 23-də ABŞ prezidenti Donald Tramp 1 martdan etibarən ölkəyə gətiriləcək polada 25%, alüminiuma isə 10% tarif qoyub. Lakin Aİ-ə üzv dövlətlər və digər ölkələr üçün tarifin tətbiqi 1 mayadək dayandırılmışdı. Hazırda isə qərarın icrası iyunun 1-dək uzadılıb.

Almaniya kansleri Angela Merkel ABŞ-ın bu tədbirlərini əsassız adlandırıb, Avstriya baş naziri Sebastian Kurtz isə Trampın tarif siyasətinin Avropanın iqtisadi maraqlarına təhdid olduğunu söyləyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam