Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

NÖVBƏTİ İSTANBUL SAMMİTİ:4 prezident, 3 əmir və bir neçə xarici işlər naziri... - TƏHLİL


Feysəl Edrus

“Əl-Cəzirə”

 

İsrailin 70 illiyi günü işğala etiraz edən çox sayda fələstinlinin yəhudi snayperçiləri tərəfindən öldürülməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müsəlman liderlərini İsrailə qarşı birləşdirməyə çağırıb.

Yenixeber.org: Cümə günü, mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvəsində danışan Ərdoğan, törətdiyi cinayətlərə görə İsrailin məsuliyyət daşımalı və Yaxın Şərqdən, Asiya qitəsindən Şimali Afrikaya qədər qınanmalı olduğunu söyləyib.

O, Türkiyənin ən böyük şəhəri İstanbulda toplanan müsəlman liderləri qrupuna xitabən deyib: “İsrail əsgərləri tərəfindən qırılan fələstinlilərlə bağlı bütün dünyaya insanlığın öldürüldüyü göstərilməlidir”.

Türkiyə prezidenti İsrailin fələstinliləri qətl etməsini “zülm və dövlət terror” kimi təsvir edib və ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanınmasının labüd nəticələri olacağını söyləyib.

 

“Problemin ABŞ hissəsi”

 

Bazar ertəsi günü ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə İsrail ordusu Qəzza ilə İsrail arasındakı 1949-cu ilin təmas xəttində, yüzlərlə insanın topladığı nümayişə atəş açıb və gözyaşardıcı qaz buraxmaqla, o cümlədən 5-i uşaq olmaqla 62 nəfəri qətlə yetirib və 2.700-dən çox adam yaralayıb.

Blokada şəraitində olan anklavda nümayişçilər 1948-ci ildə sionist milislərin Fələstin şəhərlərində apardığı etnik təmizləmə hadisəsini – Nəkbə gününü xatırlamaq üçün toplaşıblar. Tarixi Fələstindən təxminən 750 min adam zorla çıxarılıb.

İstanbul sammitində bir sıra dövlət başçıları iştirak edib, 57 üzv olan İƏT-ə Səudiyyə Ərəbistanı yalnız xarici işlər nazirliyinin yüksək səviyyəli rəsmisini göndərib. Misir, Bəhreyn və BƏƏ də aşağı səviyyəli nazirlərlə təmsil olunublar.

Konfransda çıxış edən Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani fələstinlilərin “hər yerdə məzlum xalqlar üçün bir simvol halına gəldiyini” və İsrailin dinc nümayişçiləri “qəddar qırğın”a məruz qoyduğu üçün qınadığını söyləyib. “Qəzzadakı zorakılıq və əhalisinə qarşı kollektiv cəza nəzərdə tutan müharibədən kim bixəbərdir ki!?”

Əmir deyib: “Qəzza Zolağı səyahət, təhsil, iş və müalicəyə dair ən əsas hüquqlarından məhrum edilmiş milyonlarla insanın böyük konsentrasiya düşərgəsinə çevrilib. Onun övladları əllərinə silah götürdükdə, onlara terrorçular deyirlər və sülh nümayişləri təşkil edərkən, ekstremist adlandırılır və öldürülürlər”.

Fələstin baş naziri Rami Həmdullah ABŞ-ın “problemin bir hissəsi” halına gəldiyini və səfirliyin köçürülməsini “İslam ümmətinə, müsəlmanlara və xristianlara qarşı təcavüz hərəkəti” olduğunu söyləyib.

İordaniya kralı II Abdullah Fələstin müqavimətinin dəstəklənməsi üçün təcili tədbirlərin qəbul edilməsinə, İran prezidenti Həsən Ruhani ABŞ və İsrailə qarşı iqtisadi və siyasi tədbirlər görməyə çağırıb.

Cümə günü İƏT Birləşmiş Millətlər Təşkilatına Qəzzadakı cinayətlərə dair beynəlxalq araşdırma qrupu təşkil etməyi tövsiyə edib. Fələstinlilər üçün beynəlxalq müdafiə qüvvələrinin yaradılması, İsrailin Qüdsün ilhaq etməsini tanıyan ölkə, şirkət və ya şəxslərə qarşı iqtisadi məhdudiyyətlər qoymasını tələb edib.

 

Fələstinlə həmrəylik

 

Günün əvvəlində Ərdoğan İstanbulda, Yenikapıda 10 mindən çox adamdan ibarət izdihama izah edib ki, müsəlman dünyası birləşmək məcburiyyətində qalıb. “Müsəlmanlar bir-biri ilə mübarizə aparır və düşmənləri ilə qarşılaşmadan üz döndərirlər… 1947-ci ildən bu yana İsrail bu bölgədə istədiyi şeyi etməyə qadirdir, onlar istədiklərini edərlər, amma bu reallıq geri qaytarılacaq… əgər birləşsək.”

Bu həftə başlanğıcda fələstinlilərin öldürülməsindən və səfirliyin Qüdsdən Təl-Əvivə köçürülməsindən sonra Türkiyə İsraildəki və ABŞ-dakı səfirlərini geri çağırıb.

Alman-Türk Birliyindən olan Tolqar Memiş Ərdoğanın İsrailə qarşı olan son sözlərini və siyasətini dəstəkləmək üçün mitinqə gəldiyini söyləyib. “Son bir neçə ildə gördüklərimiz, bütün ədalətsizliklər və bu həftənin əvvəlində baş verənlər, sadəcə qəbuledilməzdir. Ərdoğan fələstinliləri müdafiə etməklə böyük bir irəliləyişə imza atıb və ümid edirəm, digər liderlər ondan nümunə götürəcəklər”.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam