Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putinə 3 dəfə təcili zəng etdim, ehtiyacım vardı...”

“Putinə 3 dəfə təcili zəng etdim, ehtiyacım vardı...”
Avropa İttifaqına daxil olmaq istəyinə baxmayaraq, Serbiya Rusiya ilə dostluğunu unutmur və ona görə də, Belqrad Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına heç vaxt qoşulmayacaq.
Yenixeber.org: Bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç Almaniyanın "Rheinische Post" nəşrinə müsahibəsində deyib.

O, Rusiya prezidenti Vladimir Putinə olan münasibətindən də söz açıb: “Mən onu çox yaxşı tanıyıram və böyük hörmət bəsləyirəm. O, çox ağıllı insandır. Və mən bilirəm ki, Serbiya ona güvənə bilər. 3 dəfə onun təcili köməyinə ehtiyacım olub və hər üçündə də mən dərhal onunla telefon əlaqəsi yaratmışam”

Vuçiç onu da vurğulayıb ki, Putin heç zaman Serbiyanın Avropa İttifaqına daxil olmaq istəyinin əleyhinə çıxış etməyib. NATO ilə əlaqələrə gəldikdə isə Vuçiç burada Rusiya maraqlarının nəzərə alındığına eyham vurub.

“Serbiyanın NATO-ya daxil olması Rusiya üçün problem ola bilər, amma bu cür variant mümkün deyil. Çünki Serbiya neytrallığını qoruyub saxlamaq istəyir.” – deyə Vuçiç vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam