Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

PUTİN İŞƏ BAŞLADI: VARİS KİM OLACAQ? –“Təyinatlara diqqət etməliyik, yeni sifət onların arasında görünəcək”


 Vladimir Putin özünün dördüncü prezidentlik müddətinə başlayır. Rusiya Federasiyası Konstitusiyasına əsasən bu onun sonuncu prezidentlik dövrüdür.”Observo” Fransa-Rusiya analitik mərkəzinin direktoru Arno Dyübyenin(Arnaud Dubien) fikrinə görə, Rusiya prezidenti istənilən sarsıntılardan qaçmaq üçün varislik məsələsini öz nəzarətində saxlayacaq.

Yenixeber.org: Arno Dyübyenin Fransanın “Le Figaro” qəzetinə maraqlı müsahibəsinin tərcüməsini təqdim edir:
- Vladimir Putin mart ayındakı prezident seçkilərində qalib gəldi. 7 may 2018-ci ildə Putin dördüncü dəfə Rusiya prezidenti kimi and içib. Rusiya Federasiyası Konstitusiyasına əsasən bu onun son prezidentlik müddətidir. İndi onun varisi barəsində danışmaq olarmı?
– Əlbəttə, bütün rusiyalılar artqı bu barədə düşünürlər, amma hələlik varislik məsələsi qarşıda dayanmayıb. Əksinə, önümüzdəki üç-dörd il sakit keçəcək. Bu müddət ərzində Vladimir Putin Qərblə münasibətlərin pisləşməyəcəyi şərti ilə iqtisadi islahatlar aparmağı nəzərdə tutur. Çünki Qərblə münasibətlər pis olduqca bu mühafizəkarların mövqeyini gücləndirə bilər ki, belə halda uğurlu islahatların həyata keçirilməsi imkanları azalar.
- Vladimir Putin Dmitri Medvedyevi baş nazir təyin etdi. Beləliklə o, Medvedyevi özünün gələcək varisi qismində görür?
– Xeyr, mən bu cür düşünmürəm. O hansısa dəqiq siqnal verməmək üçün Dmitri Medvedyevi öz postunda saxlamaq qərarına gəlib. Varislik məsələsi yəqin ki, Dövlət Dumasına keçiriləcək növbəti parlament seçkilərinə, yəni 2021-ci ilədək baş qaldırmayacaq. Onda biz onun öz varisi qismində yeni baş nazir təyin edəcəyinin şahidi ola bilərik. Bu gün hökumətin və prezident administrasiyasının formalaşmasını diqqətlə izləməliyik. Çünki yeni bir sifət məhz orada peyda ola bilər.
- Və yeni prezident onların arasındadır?
– Bir şey aydındır ki, 1999-cu ilin ssenarisi çətin ki, təkrarlansın. Mən sürpriz gözləməməyi nəzərdə tuturam. Vladimir Putin baş nazir təyin olundu və bir neçə aydan sonra Boris Yeltsini əvəzlədi. Ölkədəki indiki vəziyyət və Rusiyanın özü də o vatkı kimi deyil. Varis yaxın ətrafdan – nazirlərdən, nazir müavinlərindən və ya qubernatorlardan olacaq. Bu tamamilə yeni bir sifət olmayacaq.
Mümkün varislər içərisində Moskva meri Sergey Sobyaninin, prezident administrasiyasının rəhbəri Anton Vaynonun və keçmiş baş nazir Sergey Kirienkonun adları çəkilir. Bunlar ehtimaldır. Lakin nəzərə alsaq ki, 2024-cü ildə Vladimir Putinin 72 yaşı olacaq, deməli varis yeni nəslin nümayəndələrindən biri olacaq.

- Vladimir Putin Ukrayna və Suriyada göstərdi ki, o gözlənilməzlik effektindən tez-tez istifadə edir. İndidən proqnozlar vermək olarmı?
– Vladimir Putin həqiqətən də qəfildən hərəkət etməyi sevir, amma eyni zamanda onun vədləri məntiqi və rasionaldır. Mən deməzdim ki, onun hərəkətləri öncədən görünəndir, ancaq məntiqə uyğundur. Düşünmürəm ki, söhbət ömürlük prezidentlikdən gedir. Nəzərə alaq ki, Putin Rusiya Federasiyası Konstitusiyasını dəyişmədi. Əksinə, əsl sürpriz prezidentlik müddətinin qısaldılması ola bilər. Belə ki, Putin 2000-ci ildə Boris Yeltsinin istefasından sonra prezident olmuşdu.
- Nəyə görə düşünürsünüz ki, Putinin gedişinin belə bir ssenarisi mümkündür?
– Vladimir Putin hakimiyyətin ötürülməsi zamanı yarana biləcək istənilən sarsıntılardan qaçmaq və varislik məsələsini nəzəratində saxlamaq istəyir. Sözsüz ki, o öz irsinin qayğısına qalacaq. Onun üçün ən pisi öz müddətini topal ördək kimi sona çatdırmamaqdır. Belə bir perspektiv onu hadisələri sürətləndirməyə vadar edə bilər.
- Vladimir Putin Rusiya siyasi həyatının mərkəzində yer alır. Liberallar və mühafizəkarlar arasındakı balans yaratmaq varisin seçilməsi məsələsinə təsir edirmi?
– Vladimir Putinin 2012-ci ildə prezident seçilməsi və xüsusən də 2014-cü ilin əvvəlində Ukrayna böhranının başlanması Dmitri Medvedyevin ətrafındakı liberal elitanın zəifləməsinə gətirib çıxarsa da, amma onlar siyasi arenanı tərk etmədilər. Mühafizəkarlar isə nəinki dövlət aparatında və orduda, həmçinin Pravoslav kilsəsində və KİV-lərdə güc yığmağa başladılar.
O ki qaldı varislik məsələsinə, burada sual yaranır ki, görəsən “mühafizəkar inqilab” hadisələrin adi gedişindən kənara çıxmaqdırmı və ya bu güclənə biləcək ardıcıl xəttdir. Rusiyada əksəriyyət hesab edir ki, hər şey öz mahiyyətindən çox uzağa gedib, Putin özü də bu cür düşünür. Ancaq yenə də, bu sualın cavabı beynəlxalq vəziyyətdən çox asılı olacaq.
- Vladimir Putinin varis seçimi prosesini daha çox rus çarlarının taxt-tac varisi ilə müqayisə edirlər. Rusiya prezidentinin hakimiyyət gücünü həddindən artıq dəyərləndirmirlər ki?
– Qərb heç cür hərşeyəqadir Vladimir Putin obrazından yaxa qurtara bilmir. Hərçənd ki, böyük hakimiyyəti ilə Rusiya prezidenti müxtəlif maraqları təmsil edən müxtəlif qruplarla və elitalarla razılaşmağı bacarmalıdır. Böyük planda prezident Rusiyanın ərazi, etnik və dini rəngarəngliyi ilə qarşılaşır. Hakimiyyət vertikalı dedikdə Vladimir Putin yada salır ki, bu ölkə çətin idarə ediləndir. Bu, böyük gəmidir: kursun azacıq dəyişdirilməsi xeyli vaxt aparır. Bu öz irsini saxlamaq və öz varisinin qayğısına qalmaq üçün daha bir səbəbdir.(azpolitika)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam