Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Putin böyük ərazilər itirdi... –Politoloqlar açıqladı

 Seçkidə seçicilərdən güclü dəstək alan Putin, aydındır ki, öz kursunu dəyişdirməyə ehtiyac duymur.
Yenixeber.org: Bunu “Azadlıq” radiosuna açıqlamasında rusiyalı politoloq Abbas Qalyamov deyib.
“Dəyişikliklər üçün yeganə stimul iqtisadiyyatın vəziyyətinin pisləşməsidir. Ona görə də hansısa reformlar olacaq, amma bu, taktiki xarakter daşıyacaq. Rejimin əsas özəlliyi odur ki, sistemin bir insanın siyasi iradəsinə bağlılığı dəyişməyəcək. Demək ki, sistem transformasiyası baş verməyəcək. Putin konservativ çoxluğun üstünlüyü ilə idarə edəcək, liberal azlığa təzyiq göstərəcək. İqtisadiyyat nəticədə pisləşəcək, sosial pessimizm artacaq. Siyasi nəticələrə çatmaq üçün sistem sosiuma yeni nifrət edəcəyi “mili satqınlar”, geylər, amerikalılar, ukraynalılar və digərlərini tapacaq.
Hakimiyyətdə dəyişikliklər olsa belə, o heç nəyi dəyişməyəcək. Bütün sistem Putinin əlində cəmləşib, hökumət, sadəcə, texniki orqan sayılır. Lakin bu orqan həm də hədəfləri və kursu müəyyən edir”, – deyə o bildirib.
Rusiyalı politoloq Mixail Oreşkin Putinin hazırkı prezidentlik dönəminin onun üçün ən ağır zaman olacağını deyib:
“O, imicini rus torpaqlarını bərpa edən şəxs kimi formalaşdırıb. O, indiyə qədər hansısa torpağı güclü şəkildə Rusiyaya birləşdirməyib, əksinə, itirib. Buraya Ukraynanı aid etmək lazımdır. İndi mərhələli şəkildə Dnestryanı itirilir, Ermənistan da yavaş-yavaş tabelikdən çıxır. Belarus və Qazaxıstandan isə danışmağa dəyməz. Televiziyalarda görüntüdə isə Putin qalibdir və Krımı Rusiyaya birləşdirib.
Putinin fikrincə, o, Suriyaya girməklə çox şey əldə edib. O istəyirdi ki, Qərb onunla danışmağa başlasın. Qərb onunla danışmağa başladı, amma bu gözlənilməyən dildə oldu.
Putinə inam yoxdur. Beynəlxalq biznes Putinə inanmır”.(axar.az)
Qeyd edək ki, bu gün Putinin inauqurasiya mərasimi baş tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam