Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

4 müxalifət partiyası seçki ittifaqı yaradıb-Türkiyədə

 

 

Yenixeber.org: Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib.

 Türkiyə KİV-ləri xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilər. 

Mayın 6-sı bunun üçün sonuncu gündür.

Bu ittifaqın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.

Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam