Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Siyavuş Novruzov:Onlar özlərini “istiqlalçı” hesab edirlər,...

 

"Bəyəm kommunist istəmirdi ki, biz müstəqil olaq?" - Siyavuş Novruzov
“Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.
Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) münasibətilə yubiley medalının təsis edilməsinin müzakirəsi zamanı deyib.

YAP-ın icra katibinin müavini bildirib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır: “Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlansın”.

Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O, qeyd edib ki, yalnız istiqlalçı deputatlar SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam