Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Niyə Rusiyaya qarşı sanksiyalar işləmir? –"Rus ruhu" ölkənin bədəninə qayıdana qədər belə olacaq - TƏHLİL

Şəhab əl-Məkahlə

“Əl-Ərəbiyyə”

 

İqtisadi və maliyyə sanksiyaları hazırda hərbi cəhətdən güclü olan ölkələrə qarşı böyük siyasi vasitədir. Beləliklə, məqsədli sanksiyalar beynəlxalq hüquqa əməl etməyən rejimləri sarsıtmaq üçündür.

Yenixeber.org: Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında təsirini istifadə edərək, bu sanksiyaların bir qismini beynəlxalq təsir alətinə çevirə bilib.

Amma bu sanksiyaların Rusiyaya təsirli olacaqmı?

Cavab bir çoxlarında məyusluq doğurur, çünki o, nə Putin rejimini dəyişdirəcək, nə də onun hakimiyyətini zəiflədəcək. Sübut – 2018-ci ilin martında Putunin udduğu seçkilərdir.

Hazırda NATO-da bu tədbirlərin işlək olub-olmaması və ya təkmilləşdirilməsi / və ya ləğv edilməsi barədə müzakirələr aparılır. Bütün bunlar hədəf ölkə və onun potensialından asılıdır. Rusiya Federasiyasında vəziyyət 2014-cü ildən etibarən sərt tədbirlərin təsiri altındadır. Ancaq Moskva milli təhlükəsizliyini qorumaq üçün hələ də Afrika, Asiya, Yaxın Şərq və Avropada Qərblə rəqabət aparır.

Martın 15-də Tramp administrasiyası, xüsusi məsləhətçi Robert Möllerin Amerika prezident seçkiləri müdaxilə ilə əlaqədar fərdlərə və şirkətlərə sanksiyalar tətbiq edib. Daha sonra ABŞ 60 rus diplomatını ölkədən çıxarıb və Sietldakı Rusiya konsulluğunun bağlayıb.

Donald Tramp seçkidən əvvəl Rusiya ilə münasibətləri yaxşılaşdırmaq barədə vəd verib. Ancaq Soyuq müharibədən sonra Rusiya, həm də Aİ üzvləri ilə ikitərəfli münasibətlər daha da pisdir.

 

“Ağıllı” sanksiyalar

 

Tarixən Rusiyaya qarşı sanksiyalar, diplomatik itkilərdən başlayaraq ticarət və iqtisadi əlaqələri dondurmağa qədər, müxtəlif formalar alıb. Belə tədbirlər həm strateji, həm də cəzalandırıcı tədbirlər hesab edilir. “Ağıllı” sanksiyaların məqsədi – köhnə Yuqoslaviya rəhbərliyə qarşı olduğu kimi, iqtisadiyyatı məhv etmək naminə elitalarını və nüfuzlu iş adamlarını hədəf alaraq, başda prezident Putin olmaqla, Rusiya hökumətini zəiflətməkdir.

Təsiri qiymətləndirmək üçün məhdudiyyətlərdən başlamaq lazımdır: aktivlərin dondurulması, viza qadağanları, diplomatların çıxarılması və Rusiyanın əsas neft və qaz şirkətləri və vəzifəli şəxslərinə qarşı cəzalar.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiyaya imtiyazlı iqtisadi inkişaf templəri ilə kreditlərini dayandırıb. Avropa dövlətləri və ABŞ, həmçinin ticarət istiqrazlarına və kapitala, habelə digər məhsullarla bağlı digər brokerlik xidmətlərinə qadağa qoyub.

Rusiyanın enerji şirkətləri, o cümlədən “Rosneft” və “Qazprom” Amerika sanksiyaları altındadır. Siyahıya, həmçinin üç Rusiya müdafiə şirkəti və bir sıra Rusiya dövlət bankları daxildir. Qadağalar Arktik şelfdə neft və qazın tədqiqi üçün enerji layihələri üçün istifadə olunan xüsusi texnologiyalara şamildir.

Amma sual olunur: Bu sanksiyalar Rusiyanın davranışını dəyişdirmək üçün kifayət qədər effektiv olubmu?

 

Çin faktoru

 

Məqsədli sanksiyalar Rusiya iqtisadiyyatını müəyyən dərəcədə təsir edib. Ancaq Rusiya və Çin arasında meqa sövdələşmələr böyük ziyanı kompensasiya edib; hər iki tərəf 2014-cü ilin may ayında 400 milyard dollarlıq qaz sazişi imzalayıb.

Beləliklə, sanksiyalar Rusiyanın vilayətlərinə fərqli təsir edir.

Sibirdə olanlar Avropadan mallarının çoxunu idxal etmək əvəzinə, gündəlik tələbatlarını istehsal etməyə başlayıb. Moskva və Sankt-Peterburq kimi böyük şəhərlər əsasən inflyasiya və rublun əsas dünya valyutalarına nisbətən aşağı məzənnə ucbatından təsirlənib. Bununla belə, sanksiyalar Rusiya hökumətinin davranışına təsir etməyib və prezident Putinin Qərbin çağırışlarını və beynəlxalq məsələlərə münasibətini dəyişdirmək tələblərini dinləməyə məcbur edə bilməyib.

Sanksiyaların əlilliyi Rusiyadakı millətçilik səviyyəsi, ya da “Rus ruhu”na görədir. İfrat millətçilik sanksiyaların qeyri-kafi qalmasına gətirib çıxarıb. Aydındır ki, milli həssaslıq Rusiya hökumətinin məqsədləri ilə düz mütənasibdir.

Sanksiyalar millətçilik kimi, bir çox məhsulu Rusiyaya ixrac edən Aİ ölkələrinə təsir edib. Milliyyətçi əhval-ruhiyyə aşılayıb ki, xalq Rusiya hökuməti və rəhbərliyi üzündən deyil, xarici qüvvələrə görə əziyyət çəkir.

“Rus ruhu”, liderin kimliyindən asılı olmayaraq, hökumətə dəstəyi təmin edib.

Xülasə, ruslar bilirlər ki, ümumilikdə Qərbin və xüsusilə də ABŞ-ın hərəkətlərində hədd var. Rus vətəndaşlarının əzabları Putinin fenomenliyitək uzun sürməyəcək və “Rus ruhu” da əvvəl-axır ölkənin bədəninə qayıdacaq.Tərcümə: Strateq.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam