Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Erməni baharı” Sarkisyan rejimini çökdürəcəkmi? –Rusiyanın etiraz hərəkatına müdaxiləsi gözləniləndir - TƏHLİL

Anna Ohanyan

“Əl-Cəzirə”

 

Bu bahar Ermənistanda – əhalisinin sayı üç milyondan az olan, Rusiyadan cənubda yerləşən kiçik ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Minlərlə insan: gənclər və yaşlılar, qadın və kişi parlament sisteminə keçidlə “yenilənmiş” hakim rejim əleyhinə küçələrə axışıb.

Yenixeber.org: Hərəkat baş nazir vəzifəsini icra edən prezident Serj Sarkisyanı çətin vəziyyətə salıb. Prezident kimi ikinci müddətini başa çatdırdıqdan sonra Sarkisyan yarıprezidentlik sistemini yaradıb.

Baş nazirin səlahiyyətləri artırılıb və prezidentlik rəmzi rolla məhdudlaşıb.

Yeni sistemə keçiddən əvvəl Sarkisyan və onun Respublikaçılar Partiyası bu dəyişikliyin Ermənistanın siyasi sisteminin demokratikləşdirilməsi üçün zəruri olduğunu iddia edib.

Lakin aprelin 17-də o, baş nazir vəzifəsini tutan kimi xalq etirazı və vətəndaş itaətsizliyi Sarkisyanın de-fakto üçüncü dəfə dövlət başçılığına təpki olub.

Bütün dünyada konstitusiya mühəndisliyi hakimiyyətini gücləndirmək istəyən avtoritar liderlərin sevdiyi vasitədir. Hakimiyyətini saxlamaq üçün Sarkisyanın belə bir mühəndisliyi minlərlə adamı küçəyə çıxmağa sövq edib. Millət vəkili Nikol Paşinyan hərəkata rəhbərlik edir. Sarkisyanı baş nazir vəzifəsinə təyinatı etirazların əsas səbəbi olsa da, onların başqa səbəbi də var – demokratik təsisatların saxlanılması və avtoritarizmə sədd çəkilməsi.

 

Çox güclü qeyri-zorakı hərəkat

 

Hazırkı kütləvi vətəndaş itaətsizliyi dalğası son onillikdə baş vermiş dinc etiraz aksiyalarının sonuncusudur. Həqiqətən, cırtdan Ermənistan dünyanın avtoritar hissəsi olub.

Ancaq bu baharın etiraz dalğası fərqlidir. O, demoqrafik və coğrafi cəhətdən genişmiqyaslıdır. Özünü idarəetmədə, təşkilati cəhətdən fövqəladə dərəcədə mürəkkəbdir.

Hərəkatın liderləri, həm də iştirakçıları yüksək səviyyədə intizam nümayiş etdirir və zorakı olmayan etiraz strategiyalarının tətbiq olunmasında uğur qazanıblar. İllər boyu bu etiraz dalğası dünyadakı erməni diasporunun sərhədlərinə qədər genişlənib.

 

Rusiya Qərbə qarşı

 

Doğrudur, xarici təhlükəsizlik problemləri həm böyük, həm də kiçik, demokratik və avtoritar ölkələrdə aktualdır. Lakin Ermənistanın timsalında geniş miqyaslı vətəndaş itaətsizliyi və kütləvi xalq hərəkatı hegemon regional dövlətləri təsir alətləri ilə təmin edə bilər.

Həqiqətən, Cənubi Qafqaz kimi parçalanmış bölgədə yerləşən Ermənistan müstəqilliyinin elanından bəri fərqli geosiyasi istiqamətə sahibdir.

Bir çox digər keçmiş kommunist dövlətlərdə olduğu kimi, seçim çox vaxt Rusiya və Qərb arasında olur. Yerli vətəndaş cəmiyyətləri və yerli vətəndaş hərəkatlarının səyləri bu seçimlərə qarşı olan landşaftda vacib yeni siyasi sütun yarada bilər.

Bir “əmma” var: hökumət öz vətəndaş cəmiyyətləri tərəfindən təklif olunan geosiyasi alətlərdən istifadə etməyə hazırdırmı?

Cənubi Qafqaz kimi qırıq bölgələrdə hakim elitalar tarixən, ilk növbədə, regionun xaricində olan çoxsaylı xarici aktyorlardan yardım axtarıblar.

Bu sayaq bölgələrdə hökumətlər aşağı səviyyədə legitimlik uğrunda mübarizə aparırlar və bu zaman kiçik dövlətlər, adətən, böyük oyunçularla əməkdaşlığa hazır olurlar. Onlardan imtina nadir hallarda baş verir.

Qeyri-şiddətli mülki hərəkat, bu hökumətlərin düşüncələrinə zidd olaraq, qırıq bölgələrdə güclü dövlətçiliyi təmsil edir. Ermənistanda onun boğulması gənc dövlətinə zərər verəcək.Tərcümə: Strateq.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam