Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

 

 

Ermənistanın baş naziri Serj Sarkisyan və etiraz aksiyasının lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz yekunlaşıb

Yenixeber.org: Sarkisyan qısa sürən nəticəsiz danışıqlardan sonra oranı tərk edib.

Sarkisyan öncə bildirib ki, danışqılar jurnalistlərin iştirakı ilə keçirilməməlidir, Paşinyan buna cavab olaraq deyib ki, danışıqlar zamanı yalnız Sarkisyanın istefası müzakirə olunacaq.

"Əgər siz bu cür danışmağa davam etsəz, mənə sizə yalnız hüquqi müstəviyəyə və məntiqi hərəkətlərə qayıtmağa məsləhət etməyim qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib. Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam