Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

MÜXALİFƏTİN SONUNCU MİTİNQİ:BİRLƏŞMƏYƏ YOX, İFLASA DOĞRU AXIRINCI ADDIM... - TƏHLİL

Yenixeber.org: AXCP-nin hökmranlığı altındakı Milli Şura ilə Müsavat Partiyasının birgə təşkilatçılığıyla keçirilən 14 aprel mitinqi bu siyasi təşkilatların real mübarizə imkanları və perspektivləri haqda yekun qiymətləndirmə aparmaq üçün, demək olar ki, sonuncu test – aksiya oldu. Çünki, necə deyərlər, “atalar üçdən deyib” və siyasi təhlilçilər bundan əvvəl keçirilən iki aksiyanı – 10 mart və 31 mart mitinqlərini də diqqətlə izləməkdəydilər.

Əksəriyyətin öyrənmək və bilmək istədiyi o idi ki, uzun illər müxalif düşərgənin liderliyi uğrunda bir-biriylə amansız rəqabət aparmış bu iki siyasi təşkilat – AXCP və Müsavat yeni dövrdə meydana hansı resurs və təqdimatla çıxacaq.

Burada “yeni dövr” dedikdə, o mərhələni nəzərdə tuturuq ki, AXCP – Müsavat ittifaqının birgə aksiyalarının təşkili xüsusən də ölkənin 2016-cı ildə qəbul edilmiş yeni Konstitusiya dəyişikliklərindən sonra keçirilən ilk prezident seçkisi ərəfəsinə təsadüf edirdi və bu ərəfədə ortaya qoyulan güc, nümayiş etdirilən təqdimat həm cəmiyyətin bu dəyişikliklərə reaksiyasını, həm də növbəti mərhələdə ortaya çıxacaq siyasi qüvvələrə münasibətini və onların sırasını, düzənini müəyyənləşdirmək baxımından çox önəmli idi.

Bu səbəbdən, xüsusən də AXCP-Müsavat ittifaqının 3 zəruri istiqamət üzrə fəaliyyəti son iki ay ərzində bütün siyasi ekspertlərin diqqətində saxlanılırdı və aşağıdakı suallara aydın cavablar axtarılırdı:

1. AXCP-Müsavat ittifaqı 2018-ci ilin prezident seçkiləri ərəfəsində meydana əvvəlki dövrlərdən fərqli hansı resurslarla, nə kimi yeniliklərlə çıxacaq?

2. Hələ rəhmətlik Elçibəyin prezidentliyi dönəmində bünövrəsi qoyulmuş və sonra da illər uzunu müxalifət düşərgəsini parçalanmış durumda saxlayan Əli Kərimli-Arif Hacılı intriqası İsa Qəmbərsiz dönəmdə AXCP-Müsavat münasibətlərinə necə təsir göstərəcək: Əli Kərimli və Arif Hacılı birgə əməkdaşlıqda səmimiyyət nümayiş etdirə biləcəklərmi? 

3. Özlərini “real müxalifət” sayan bu ittifaq cəmiyyətdə nə kimi hərəkətlənmələr yaradacaq, yeni iqtisadi-siyasi şəraitdə əhalinin narazı kəsiminə hansı formada xitab və təsir edəcək?

İndi, demək olar ki, artıq hər 3 istiqamət üzrə suallara aydın və konkret cavablar alınıb. Və nə yazıq ki, bütün gözləntilərə, hətta ən qeyri-real təxmin və ehtimallara baxmayaraq, ənənəvi müxalifətin avanqardının – AXCP-Müsavat ittifaqının hər üç istiqamətdə ortaya qoyduğu nəticəyə bircə cavab var: İFLAS!!!

Çox uzatmadan və müxalifətin hava şəriatinin pisliyindən tutmuş hakimiyyətin repressiv tədbirlərə əl atmasınadək bütün bəhanələrini də bir kənara ataraq, hər 3 istiqamət üzrə faktların nələri dediyinə baxaq:

Birincisi, ortaya çıxdı ki, həm Müsavat, həm də AXCP, az qala, 30 ilin siyasi təşkilatları olsalar da və özlərini cəmiyyətə bütün siyasi təşkilatların fövqündə olan güc kimi təqdim etsələr də, yeniləşə, cəmiyyətə açıla, yeni resurslarla və yeni insanlarla ortaya çıxa bilmirlər.

Bu fakt hər 3 mitinq boyu aşkar nəzərə çarpdı və hətta təşkilatçılar tərəfindən də etiraf olundu ki, aksiyada iştirak edənlər yenə də ənənəvi müxalifət partiyalarının sıraları get-gedə seyrələn üzvləridir – yeni adamlar aksiyaya ya gəlmir, ya da gəlirlərəsə də sayları hədsiz dərəcədə azdır.Sosial şəbəkələrdəki müzakirələrdən və paylaşımlardan isə aydın olur ki, aksiyaya “yenilər” kimi qatılanların və radikal şüarlar yazılmış plakatları əllərində tutmağa çalışanların böyük əksəriyyəti Avropaya mühacirətə getmək arzusunda olanlardır – onlar AXCP və Müsavatın aksiyalarında iştiraka, bir növ, Avropaya açılan qapıya “buraxılış vərəqəsi” kimi baxırlar…

İkincisi, hər 3 aksiya bir daha sübut etdi ki, Müsavatla AXCP-nin, Əli Kərimli ilə Arif Hacılının və tərəfdarlarının bir-birlərinə olan qarşılıqlı nifrəti, aralarındakı aşkar rəqabət və qısqanc münasibət heç bir halda gömülən deyil, əksinə, hər an körüklənməyə hazır ocağa bənzəyir. 

Baxmayaraq ki, Müsavat Partiyası aksiyalarda meydana daha çox adam çıxarmağa nail olmuşdu və ancaq hər 3 aksiya boyu Əli Kərimlinin və AXCP-nin Arif Hacılı və Müsavat üzərindəki qısqanc mövqeyi aşkar nəzərə çarpdı. Belə ki, həm mitinqlərin aparıcısının, həm də ilk çıxışçının AXCP-dən olması sosial şəbəkələrdə hazırda qızğın müzakirə predmetinə çevrilib və AXCP sədri müsavatçılar tərəfindən açıq şəkildə Müsavatın kölgəsində aksiya keçirməkdə və Arif Hacılının sakit, anlaşmaya sadiq mövqeyindən sui-istifadədə təqsirləndirilir…

Və nəhayət, üçüncüsü, 10 mart, 31 mart və 14 aprel aksiyaları həm də onu təsdiqlədi ki, problemləri olan narazı insanların mövculuğuna baxmayaraq, cəmiyyət ənənəvi müxalifət partiyaları, xüsusən də Müsavat və AXCP-ni öz maraqlarının qoruyucusu, müdafiəçisi kimi görmür, bir sözlə, ona inanmır, etibar etmir…

İndi sadə Azərbaycan vətəndaşı bir suala cavab arayışındadır: ölkədə hakimiyyəti dəyişmək və onu idarə etmək iddiasında olanlar bir mitinqin təşkilatçılığında bu qədər zəiflik göstərirlərsə, onların arxasınca getməyə dəyərmi? Gör, hələ əllərinə hakimiyyət düşsə, nə vəziyyət yaranar?

Çox təəssüf ki, bizim müxalifət liderləri zamanında geri çəkilə bilmək hissini və özünə tənqidi yanaşmaq qabiliyyətini itirdiklərindən, iflasa uğradıqlarının və cəmiyyətlə bağlarının tamamilə qopduğunun hələ də fərqində deyillər…

Mitinqdə qaldırılmış bir şüarda yazıldığı kimi: “Siz düzələn deyilsiniz!”

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam